dini radikalizm və ekstremizmlə mübarizə

Masallıda “İstedadlı qız şagirdlərinin əl işləri sərgisi” layihəsinin icrası uğurla davam edir


Masallı rayonunda “İstedadlı qız şagirdlərinin əl işləri sərgisi” layihəsinin icrası uğurla davam edir.
Layihə rəhbəri Gülnar Ağayevanın verdiyi məlumata görə, layihənin artıq onlayn müsabiqə və ustad dərsləri hissəsi yekunlaşıb.
Belə ki, layihənin bu mərhələsində onlayn müsabiqə təşkil olunub. Bu müsabiqəyə qatılmaq üçün rayon məktəblərindən onların elektron formada e-mail vasitəsilə əl işlərinin qəbulu aparılıb. Əl işlərinin qəbulu 3 gün ərzində təlimçi Ruslan Həsənov və ekspert Gülər Ağayevanın iştirakı ilə həyata keçirilib. Eyni zamanda qəbul zamanı onlayn müsabiqəyə dəvət olunmuş ekspertlər və xüsusi qonaqlar müsabiqəyə qatılmış məktəblilərlə söhbət aparıb. Onlara öz töhvələrini verib, həmçinin onlar arasından istedadlı uşaqların aşkar olunması işini təşkil ediblər. Onlayn müsabiqə bitdikdən dərhal sonra istedadlı uşaqlar üçün yaradıcı mühitin yaradılması məqsədilə zoom proqramı üzərində ustad dərsləri də təşkil olunub. Ustad dərsləri 5 gün ərzində 2 qrup üçün təşkil edilib. Hər qrupda 20-yə yaxın şagirdin fəaliyyəti olub.

Onlayn müsabiqə və onlayn ustad dərsləri bitdikdən sonra xüsusi yaradılmış jurilərin (ekspert və ustad) köməyilə ən maraqlı işlər mükafatlandırılacaq və ümumilikdə 2 gün ərzində müsabiqəyə qatılmış bütün əl işləri onlayn sərgi şəklində ictimaiyyətə təqdim olunacaqdır. Həmçinin müsabiqə qaliblərə ilə yanaşı layihə müddətində fəallıq göstərən iştirakçılara və könüllülərə bir neçə nominasiyalar üzrə mükafatlar və diplomlar təqdim olunacaqdır. Sərgi vaxtı da bitdikdən sonra layihənin hesabat dövrü başlayacaqdır.

Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə sentyabrın 15-dən dekabrın 15-dək davam edəcək.

Tural Nəsirli

Oxunub: 409
Oxşar xəbərlər
SON XƏBƏRLƏR