dini radikalizm və ekstremizmlə mübarizə

SOCAR: Neftçilər arasında koronavirusa kütləvi yoluxma müşahidə olunmur

SOCAR: Neftçilər arasında koronavirusa kütləvi yoluxma müşahidə olunmur

İyul ayından etibarən SOCAR-ın dəniz platformalarında COVID-19 xəstəliyinə yoluxmaların sayı kəskin azalıb və kütləvi yoluxma halları müşahidə olunmur. Yoluxma hallarının əksəriyyəti karantin müddətində keçirilən birinci və ya təkrar test nəticəsində aşkarlanır.

Bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

“Qeyd edim ki, iyul ayına qədər SOCAR üzrə dəniz platformalarında iş növbəsindən əvvəl təyin edilən karantin müddəti 3 gün olub və belə olan halda kütləvi yoluxmalar müşahidə olunurdu. Bunun qarşısını almaq üçün karantin müddəti 7 günə qədər uzadıldı və nəticədə platformalarda yoluxma hallarının sayı da aşağı düşdü. Karantin müddətinin 7 günə qədər olması ÜST, eləcə də neft hasil edən şirkətlərin təşkilatlarının tövsiyyələrinə uyğundur və SOCAR-da olduqca müsbət nəticə verib”, - deyə İ.Əhmədov bildirib.

O həmçinin əlavə edib ki, SOCAR-da dənizdə çalışan işçilərin sayı çox olduğuna görə hər karantindən sonra dənizdə bir aylıq iş növbəsinin tətbiq olunması logistik zərurətdən irəli gəlir: “İşçilərimizin iş şəraitinin rahatlaşdırılması üçün şirkətin sərəncamında olan bütün imkanlar səfərbər olunur. Hazırda COVID-19 yoluxmaların sayını azaltmaq, cəmiyyət olaraq, ən ümdə vəzifələrimizdəndir. Lakin qarşıdakı dövrdə mümkün olan kimi işçilərin növbə müddətinin pandemiyadan əvvəlki rejimə qaytarılması nəzərdən keçiriləcək”.

Oxunub: 411
Oxşar xəbərlər
SON XƏBƏRLƏR