dini radikalizm və ekstremizmlə mübarizə

"War Gonzo" Paşinyan haqda BUNLARI DEDİ

"War Gonzo" Paşinyan haqda BUNLARI DEDİ

Rusiyanın ermənipərəst mövqeyi ilə tanınan "WarGonzo" layihəsi öz "Telegram" kanalında Ermənistan Baş naziri Nikol Paşinyanı sərt tənqid edib.
"Ölkə.Az" xəbər verir ki, "WarGonzo" Paşinyanın sonuncu statusunu onun öz xalqına qarşı cinayəti adlandırıb.

"Biz dəfələrlə qeyd etmişik ki, siyasətdən kənar işləyirik. Erməni xalqının öz siyasi xadimləri ilə münasibətləri onların şəxsi və sırf daxili işləridir. Bununla belə, hərbi layihə olaraq bildiririk ki, ayrı-ayrı siyasi liderlərin bəyanatları və fəaliyyətləri Ermənistanı tarixi və ya hansısa digər düşmənə qarşı hərbi əməliyyatlarda iştirak etməyə yox, ölkə daxilində müharibə aparmağa sövq edir. Və bu, Qarabağ müharibəsindən daha pisdir. Bu, öz xalqına qarşı cinayətdir", - deyə layihə yazır. azxeber.com

Oxunub: 511
Oxşar xəbərlər
SON XƏBƏRLƏR