dini radikalizm və ekstremizmlə mübarizə

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi gələn ildən reklamların monitorinqini aparacaq

Baxış Sayı:119

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi gələn ildən reklamların monitorinqini aparacaq

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi gələn ildən reklam sahəsində monitorinqlər aparacaq.

Bunu APA-ya Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva deyib. O bildirib ki, reklamların dili çox ciddi məsələdir: “Düşünürük ki, reklam agentlikləri ilə birlikdə işləyəcəyik”.

S.Əliyeva qeyd edib ki, yaxın zamanda Mərkəzin saytı istifadəyə veriləcək: “İşlər artıq yekunlaşmaq üzrədir. Saytda canlı çarxlar olacaq. Nəzərdə tutulur ki, hər hansı saytda görəcəyimiz qüsur gündəlik müəyyən cümlələr, ifadələrlə canlı şəkildə çarxlarda verilsin. Saytın bir hissəsində “Azərbaycan dilinin Orfoqrafiya lüğəti” öz əksini tapacaq. Maraqlıyıq ki, lüğət istənilən adam üçün əlçatan olsun”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR