dini radikalizm və ekstremizmlə mübarizə

Moldova portalı İlham Əliyevin müraciətindən yazdı

Baxış Sayı:100

Moldova portalı İlham Əliyevin müraciətindən yazdı

Moldovanın “TİMPUL” informasiya portalında “İlham Əliyev erməni xalqına müraciət etdi: “Erməni əsgəri Azərbaycan torpaqlarında nə edir?” adlı xəbər dərc edilib.

AZƏRTAC-a istinadən yayımlanan məqalədə Azərbaycan Prezidentinin sözlərindən sitat gətirilir:

“Mən erməni xalqına müraciət edirəm və söyləmək istəyirəm ki, onlar rəhbərliklərinin çirkli əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər”, – deyə portal yazır.

“Erməni əsgəri Azərbaycan torpaqlarında nə edir? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik.

Artıq dördüncü gün davam edən döyüşlərdə Azərbaycan ordusu uğurlu əməliyyat keçirərək, strateji yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, uzun fasilədən sonra biz bu torpaqlara qayıtmışıq.

Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Erməni xalqı bunu anlamalıdır. Anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, bir milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir.

Biz tarixi ədaləti bərpa edirik! Qarabağ – bizim doğma, əzəli, tarixi torpağımızdır”.

Məqalə ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:

https://timpul.md/ru/articol/Ilkham-Aliyev-obratilsya-k-armyanskomu-narodu---Chto-delayet-armyanskiy-soldat-na-zemlyakh-Azerbaydzhana-160136.html

Oxşar xəbərlər
SON XƏBƏRLƏR