dini radikalizm və ekstremizmlə mübarizə

AMEA rəhbərliyinin orta yaş həddi 68-dən çoxdur – TAM SİYAHI

AMEA rəhbərliyinin orta yaş həddi 68-dən çoxdur – TAM SİYAHI

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyində təmsil olunan şəxslərin orta yaş həddi 68-dən çoxdur.
Yeniavaz.com xəbər verir ki, AMEA-a rəhbərliyində təmsil olunan şəxslər arasında ən yaşlısı Akademiyanın prezidenti Ramiz Mehdiyev, ən gənci isə Akademiyanın vitse-prezidenti İradə Hüseynova olub. Ramiz Mehdiyevin 82, İradə Hüseynovanın isə 55 yaşı var.
AMEA rəhbərliyində təmsil olunan şəxslərin yaşı, həmçinin elmi dərəcə və vəzifələrini təqdim edirik:
1. AMEA-nın prezidenti - Ramiz Mehdiyev.
Fəlsəfə elmlər doktoru, professordur. 82 yaşı var, 17 aprel 1938-ci ildə anadan olub.
2. AMEA-nın birinici vitse-prezidenti - İsa Həbibbəyli.
Filologiya elmlər doktoru, professordur. 71 yaşı var, 16 oktyabr 1949-cu ildə anadan olub.
3. AMEA-nın birinci vitse-prezidenti - İbrahim Quliyev.
Geologiya-mineralogiya üzrə elmlər doktoru, professordur. 73 yaşı var, 23 may 1947-ci ildə anadan olub.
4. AMEA-nın vitse-prezidenti - Tofiq Nağıyev.
Kimya elmləri doktoru, akademikdir. 79 yaşı var, 4 mart 1941-ci ildə anadan olub.
5. AMEA-nın vitse-prezidenti - Dilqəm Tağıyev.
Kimya elmləri doktoru, akademikdir. 70 yaşı var, 6 yanvar 1950-ci ildə anadan olub.
6. AMEA-nın vitse-prezidenti - Nərgiz Paşayeva.
Filologiya elmləri doktoru, professordur. 57 yaşı var, 13 dekabr 1962-ci ildə anadan olub.
7. AMEA-nın vitse-prezidenti - Rasim Əliquliyev.
Texnika elmləri doktoru, professordur. 62 yaşı var, 20 yanvar 1958-ci ildə anadan olub.
8. AMEA-nın vitse-prezidenti - İradə Hüseynova.
Biologiya elmlər doktoru, professordur. 55 yaşı var, 24 may 1965-ci ildə anadan olub.
9. AMEA-nın akademik katibi - Əminağa Sadıqov.
Texniki elmlər doktoru, professordur. 67 yaşı var, 18 dekabr 1962-ci ildə anadan olub.

Oxunub: 464
Oxşar xəbərlər
SON XƏBƏRLƏR