dini radikalizm və ekstremizmlə mübarizə

2023-cü ilə kimi bu yağdan imtina etməlisiz – ÜST siyahısında Azərbaycan da var

2023-cü ilə kimi bu yağdan imtina etməlisiz – ÜST siyahısında Azərbaycan da var

Ümumdünya Səhiyyə Təşkilatı 2023-cü ilə kimi qida sənayesi şirkətlərinin istehsalatda transyağlardan tamamilə imtina etməsinə nail olmağa çalışır.

Bu barədə Tedros Adan bildirib.

“Dünya pandemiya ilə mübarizə apardığı bir vaxtda, biz bundan sonra da bütün gücümüzü insanların sağlamlığının qorunmasına yönəltməliyik. Bu qeyri infeksion xəstəlik və təhlükələrə də aiddir. Qida sənayesində trans yağların istifadəsi hər il yarım milyon insanın qəfil ölümünə səbəb olur. Bu yağlar ürək-damar xəstəliklərinin inkişafında əsas səbəblərdən biridir.

ÜST 58 ölkənin öz ərazisində qida istehsalatında trans yağların istifadəsinə qadağa qoyması barədə qərarını dəstəkləyir. Bu, 3,2 milyard insanın orqanizminin qorunması deməkdir.

Digər 100 ölkəyə də bu məsələni həll etməyi tövsiyə edirik. Bu ölkələr arasında əhalisinin zərərli yağdan qorunması üçün təcili tədbir görməli olan Azərbaycan, Banqladeş, Misir, Hindistan, Meksika, Koreya, Pakistan və s. var”.

Təəssüf ki, transyağlardan yaşayış səviyyəsi yüksək olan dövlətlər imtina edir. Hələ ki, aşağı gəliri olan və yoxsulluq səviyyəsi yüksək dövlətlərdən heç biri bu addımı atmayıb. //medicina.az

Oxunub: 456
Oxşar xəbərlər
SON XƏBƏRLƏR