dini radikalizm və ekstremizmlə mübarizə

ABŞ Ticarət Nazirliyinin “WeChat” əlavəsi ilə bağlı qərarı qüvvəyə minməyib

Baxış Sayı:86


Kaliforniya ştatında məhkəmə ABŞ Ticarət Nazirliyinin “Google”, “Apple” və digər ABŞ şirkətlərinin əlavələrinin bazarlarından Çinin “Tencent” şirkətinin “WeChat” messencerinin əlavəsinin çıxarılması barədə qərarının qüvvəyə minməsini dayandırıb.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, hakim Lorel Biler “WeChat” istifadəçilərinin iddiasını baxış üçün qəbul edib.

Qeyd edək ki, ABŞ Ticarət Nazirliyinin qərarına əsasən, sentyabrın 20-dən Çinin “Tencent” şirkətinin “WeChat” messencerinin əlavəsinin yüklənməsi qadağan idi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR