dini radikalizm və ekstremizmlə mübarizə

“Onun həbsdə qalması kimlərəsə sərf edirsə, Allah onların da cəzasını verəcək...”

“Onun həbsdə qalması kimlərəsə sərf edirsə, Allah onların da cəzasını verəcək...”

“Mənə elə gəlir ki, bu gülməli məhkəmə prosesi sona çatacaq və günahkarların hamısı Allah tərəfindən cəzalandırılacaq”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Baloğlan Əşrəfov bildirib. Müğənni tezliklə iş adamı Mübariz Mənsimovun azadlığa çıxacağına inandığını bildirib:

“Mübariz bəyin məhkəməsindən siz nə bilirsinizsə, mən də onu bilirəm. Mən varlığım qədər inanıram ki, Mübariz bəy yalan danışmır, nə deyirsə düz deyir, çünki onu tanıdığım üçün deyirəm. Onun həbsdə qalması kimlərəsə sərf edirsə, Allah onların da cəzasını verəcək. Mənə elə gəlir ki, bu gülməli məhkəmə prosesi sona çatacaq və günahkarların hamısı Allah tərəfindən cəzalandırılacaq. Minlərlə Mübarizsevənlər kimi ailəsi də narahatdı. Yəqin ki, bunu təşkil edənlər yalançı məhkəmə iddiasını uduzacaqlar. Mübariz qalib gəlməlidir, başqa cür ola bilməz”.

Xatırladaq ki, dünən iş adamı Mübariz Mənsimovun məhkəmə prosesi keçirilib. M.Mənsimov 1993-cü ildən Türkiyədə yaşadığını, Atatürk və türk milləti sevdalısı olduğunu bildirib. Ona qarşı sürülən FETÖ-çü ittihamlarını rədd edib. Əlavə dəlillərin toplanması üçün onun məhkəməsi dekabrın 9-a qədər uzadılıb.

Oxunub: 470
Oxşar xəbərlər
SON XƏBƏRLƏR