dini radikalizm və ekstremizmlə mübarizə

SOCAR və "KazMunayQaz" əməkdaşlıq perspektivlərini müzakirə edib

SOCAR və "KazMunayQaz" əməkdaşlıq perspektivlərini müzakirə edib

Sentyabrın 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyətinin sədri Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə neft-qaz sənayesinin bütün sahələri üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub, birgə iş planı barədə fikir mübadiləsi aparılıb. Görüşdə şirkətlər arasında geniş əməkdaşlıq perspektivləri, o cümlədən Xəzər dənizində geoloji kəşfiyyat işlərində, karbohidrogen xammalının kəşfiyyatı üzrə geoloji-geofiziki materialların birgə öyrənilməsi ilə bağlı imkanlardan bəhs edilib.

“KazMunayQaz” şirkətinə məxsus “Satti” üzən qazma qurğusu üzərində modernləşdirilmə işləri SOCAR-ın CDC şirkəti tərəfindən həyata keçirilir. “Satti” üzən qazma qurğusu vasitəsi ilə Xəzərin Azərbaycan sektorunda qazma işləri aparılacaq. Əməliyyat dövründə qurğu üzərində menecmenti SOCAR-ın CDC şirkəti həyata keçirəcək.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub.

Qeyd edək ki, ”KazMunayGaz” milli şirkəti Qazaxıstan dövlətinin neft və qaz sənayesində maraqlarını təmsil edən, karbohidrogenlərin kəşfiyyatı, istehsalı, emalı və nəqlini həyata keçirən milli operatordur. Şirkət 2002-ci ildə yaradılmış, onun tərkibində 190-dan çox təşkilat birləşib. ”KazMunayGaz”ın səhmdarları “Samruk-Kazyna” Milli Sərvət Fondu (90%) və Qazaxıstan Respublikasının Milli Bankıdır (10%).

Oxunub: 413
Oxşar xəbərlər
SON XƏBƏRLƏR