dini radikalizm və ekstremizmlə mübarizə

Yaş qrupuna görə ideal yuxu saatları


Yaş qrupuna görə yuxu saatlarının fərqləndiyi artıq bir çoxlarına məlumdur. ABŞ mütəxəssisləri yaşa görə yuxu saatları haqqında məlumat veriblər.

NOCOMMENT.az xəbər verir ki, “Sleep Foundation” saytında yer alan xəbərə görə qrafiksiz yaşamaq, həddən artıq kofeyinli və alkaqolik içkilərdən istifadə etmək və uyğun olmayan saatlarda oyanmaq insan həyatına mənfi təsir edir.

Yaşa görə ideal yuxu saatları:

Yeni doğulan körpələr 3 aya qədər 14-17 və ya 12-18 saat, 4-11 aylıq körpələr 12-15, yeriməyə başlayan 1-2 yaşlı uşaqların isə 11-14 saat yatması tövsiyyə olunur.

Məktəbə başlamayan 3-5 yaşlı uşaqlar 10-13 saat, məktəbdə oxuyan 6-13 yaş qrupu üçün 9-11 saat, 14-17 yaşlı uşaqların isə 8-10 saat yatmağı uyğun görülüb.

Ərgənlik dönəminin bitməsindən sonra 18 yaşdan 64 yaşa qədər olan insanların ideal yuxu saatı 7-9 saatdır. 65 yaşdan yuxarı olan insanlara isə gündə 7-8 saat yatmaq tövsiyyə olunur.

Oxunub: 530
Oxşar xəbərlər
SON XƏBƏRLƏR