dini radikalizm və ekstremizmlə mübarizə

Naxçıvanda küçələrin yığışdırılması qaydası açıqlanıb

Naxçıvanda küçələrin yığışdırılması qaydası açıqlanıb

Naxçıvanda küçələrin yığışdırılması qaydası açıqlanıb.

APA-nın məlumatına görə, bu barədə “Naxçıvan Muxtar Respublikasının şəhər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda qeyd edilib.

Qeyd edilib ki, bütün meydan və küçələrdə, bağlarda, parklarda, şəhər nəqliyyatı dayanacaqlarında və s. ərazilərdə kommunal-təsərrüfat orqanları tərəfindən, vağzallarda, Naxçıvan Beynəlxalq Hava Limanında, bazarlarda və digər yerlərdə isə bu təşkilatların rəhbərliyi tərəfindən kifayət qədər tutumlar (urnalar) qoyulmalıdır. Əhali çox olan yerlərdə tutumlar (urnalar) arası məsafə 40 metrdən çox, əhali az olan yerlərdə isə bu məsafə 100 metrdən çox olmamalıdır. Şəhər və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Tutumlar dolma həddindən asılı olmayaraq sistematik təmizlənməlidir.

Ticarət obyektləri tərəfindən obyektlərin yanında və onlara bitişik ərazilərdə tutumlar qoyulmuş sahələrə məhsul ehtiyatlarının yerləşdirilməsinə və anbarlaşdırılmasına yol verilmir. Ətrafda 5 metr radiusunda ərazinin təmizlənməsini ticarət obyekti həyata keçirir.

Yay mövsümündə təkmilləşdirilmiş örtüklü yolların və meydanların mexaniki sulanması və yuyulması şəhər və rayon icra hakimiyyətlərinin müvafiq qurumları tərəfindən planlı formada həyata keçirilir. Yol örtükləri elə yuyulmalıdır ki, yol kənarında yığılmış çirkablar su şırnağı ilə səkiyə və yaşıllıq zolağına sıçramasın.

Yüksək intensivli hərəkət olan küçələr (mikroiqlimin yaxşılaşdırılmasına ehtiyacı olan) ilin isti vaxtlarında sulanmalıdır. Yağış suları üçün kanalizasiya sistemi olmayan yollarda tozu və çirklənməni azaltmaq məqsədilə süpürən-təmizləyən maşından istifadə edilməlidir.

Küçələrdə, parklarda ağaclardan tökülmüş yarpaqlar vaxtlı-vaxtında yığışdırılmalıdır. Yığışdırılmış yarpaqlar xüsusi ayrılmış ərazilərə və ya kompostlaşdırma sahələrinə daşınmalıdır. Yaşayış sahələrində, park və bağlarda yarpaqların basdırılmasına, yandırılmasına yol verilmir. Buz qırıqlarının, çirklənmiş qarın səkilərə, yaşıllıq olan ərazilərə, yaşayış binalarının qarşısına və s. yerlərə yığılmasına yol verilmir.

Oxunub: 396
Oxşar xəbərlər
SON XƏBƏRLƏR