dini radikalizm və ekstremizmlə mübarizə

Naxçıvanda hərbi və xüsusi mühafizə olunan obyektlərdə məişət tullantılarının zərərsizləşdirilməsi qaydaları açıqlanıb

Naxçıvanda hərbi və xüsusi mühafizə olunan obyektlərdə məişət tullantılarının zərərsizləşdirilməsi qaydaları açıqlanıb

Naxçıvanda hərbi və xüsusi mühafizə olunan obyektlərdə məişət tullantılarının zərərsizləşdirilməsi qaydaları açıqlanıb.

APA-nın məlumatına görə, “Naxçıvan Muxtar Respublikasının şəhər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda qeyd edilib ki, hərbi obyektlərdə (həmçinin məxfi və xüsusi mühafizə olunan obyektlər də daxil olmaqla) əmələ gələn məişət tullantılarının müvəqqəti saxlanılması, təmizlənməsi, daşınması və zərərsizləşdirilməsi bu Qaydalara uyğun həyata keçirilməlidir. Qeyd edilən obyektlərdə əmələ gələn məişət tullantılarının tərkibinə təhlükəli tullantıların qarışması yolverilməzdir. Yığılan tullantılar müvafiq təşkilatların aidiyyəti strukturlarına və ya tullantıların daşınması, zərərsizləşdirilməsi ilə məşğul olan fiziki və hüquqi şəxslərə müqavilə əsasında təhvil verilməlidir.

Bu obyektlər "özüdaşıma" prinsipi əsasında məişət tullantılarını kənarlaşdırdıqları halda, tullantıları fəaliyyət göstərən poliqonlara müqavilə əsasında təhvil verməlidirlər. Təhvil verərkən tullantıların tərkibi haqqında poliqonun operatoruna dəqiq məlumat verilməli, lazım gələrsə, gətirilən tullantılara operator tərəfindən baxış keçirilməlidir.

Müalicə-profilaktiki müəssisələri ilə bağlı qaydalarda isə qeyd edilib ki, dəri-zöhrəvi, infeksion, onkoloji, cərrahiyyə və s. şöbələrin tullantıları həcmi 50, 100, 120, 240 litr olan və kip bağlanan qapaqlı hermetik tutumlara yığılmalıdır. Bu cür tullantıların poliqonlara daşınması yolverilməzdir. Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi ilə razılışdırıldıqdan sonra həmin tullantılar xüsusi sobalarda yandırılmalıdır.

Tutumların yerləşdirilməsi üçün meydançaların ölçüləri 40 m2-dən az olmamalıdır və meydançalar müalicə korpuslarından, qida bloklarından 50 metr məsafədən az olmamaq şərtilə hazırlanmalıdır. Tullantılar ancaq tutumlarda yığılmalıdır. Müalicə-profilaktiki müəssisələrdə ancaq asan dezinfeksiya olunan tullantı tutumlarından istifadə edilməlidir. Tutumların sayı müalicə müəssisəsinin həyət ərazisinin hər 500-700 m2 sahəsinə bir tutum hesabı ilə müəyyən edilir.

Bu müəssisələrin texniki personalı hər gün tutumları və onların altındakı meydançaları təmizləməli, yumalı və dezinfeksiya etməlidirlər. Tullantıların qazanxanalarda yandırılmasına yol verilmir. Əmələ gələn tullantıların epidemioloji baxımdan çeşidlənərək növlər üzrə yığılmasına, zərərsizləşdirilməsinə və dəqiq uçotunun aparılmasına müəssisənin məsul şəxsi tərəfindən nəzarət edilməlidir.

Oxunub: 400
Oxşar xəbərlər
SON XƏBƏRLƏR