dini radikalizm və ekstremizmlə mübarizə

Bütün vəkillər bir aylıq üzvlük haqqından azad oluna bilər

Bütün vəkillər bir aylıq üzvlük haqqından azad oluna bilər

“Sabaha Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası təyin olunub”.

KONKRET.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov sosial şəbəkədə olan rəsmi səhifəsindən vəkillərə etdiyi müraciətində deyib.

Onun sözlərinə görə, pandemiya ilə bağlı Rəyasət Heyəti vəkillərin maddi vəziyyətini, məhdud iş rejimində fəaliyyət göstərməsini, yaşı 60-dan yuxarı olan vəkillərin səhhətinə olan daha ciddi təhlükə risklərini nəzərə alaraq bir sıra qərarlar qəbul edib.

“Yaşı 60 yuxarı olan bütün vəkillər müəyyən müddətə üzvlük haqqı ödənişindən azad olunmuş, yaşları 60 aşağı olan vəkillərin isə güzəştlə bağlı çoxsaylı fərdi və büro müraciətləri müsbət həllini tapıb. Hal-hazırda iyul ayının 20-dək məhkəmələrin məhdud qaydada işləməsi, xüsusi karantin rejiminin isə davam etməsi əksər vəkillərin iş həcminin xeyli azalmasına, buna görə isə maddi durumlarının çətinləşməsinə səbəb olub. Vəkillər Kollegiyasının RH-nin sədri kimi bu vəziyyət məni çox narahat edir. Bilməyənlərə məlum olsun ki, vəkillərimiz dövlətdən maaş almırlar, əksinə gəlirlərindən vergi və digər məcburi ödənişlər tutulur. Peşə birlikləri olan Vəkillər Kollegiyası isə yalnız vəkillərin ödədikləri vəsait hesabına fəaliyyət göstərir, bir çox başqa peşə birliklərindən fərqli olaraq dövlət büdcəsindən maliyyələşmir”.

O, qeyd edib ki, bu gün Vəkillər Kollegiyası ölkədə özünü tam maliyyələşdirən ən iri müstəqil qeyri-kommersiya qurumlarındandır və bu fakt özü qürurvericidir.

“Artıq bir neçə aydır ki, COVID-19 pandemiyası davam edir. Bu müddət ərzində çox məsələlər olub, gizlətmirəm bəzən həyacanlı, stressli anlar da yaşamışıq. Ancaq vəkillərimiz bu ağır vəziyyətdə belə andlarına sadiq qalaraq öz peşə borcunu layiqincə yerinə yetirirlər.

Hal-hazırda xəstəliyə yoluxan, mübarizə aparan vəkillərimiz var, bəzi vəkillərimizin isə ailə üzvləri müalicə olunurlar. Rəyasət heyəti, aparatımız pandemiya dövründə bir gün belə işlərini dayandırmayıblar, vəkillərimizin problemi bizim problemimiz olduğu üçün vəkillərimizin, vətəndaşlarımızın hər bir müraciətinə diggətlə yanaşmağa çalışırıq, imkanımız daxilində faydalı olmağı özümüzə borc bilirik.

Bütün çətinliklərə baxmayaraq, bizim fədakar vəkillərimiz bir dəfə olsun belə gileylənmədilər, durumları barədə şikayətlənmədilər, öz peşə birliklərinə dayaq və arxa oldular. Bu korporativ həmrəylik yanaşmasına görə hər bir həmkarımıza xüsusi minnətdarlığımı bildirməyi özümə borc bilirəm, bu bizim ən böyük uğurumuzdur!.

Sonda sabahkı iclasla bağlı konkret təkliflə çıxış edəcəyim barədə əvvəlcədən Sizlərlə bölüşüb rəyinizi öyrənmək istəyirəm. Əziz vəkilllər, necə düşünürsüz, bütün vəkillərin yuxarıda sadaladığım səbəblərlə bağlı bir aylıq iyul ayı üçün üzvlük haqqından tam azad olunması məsələsi RH-nin sabahkı iclasının gündəliyinə təklif olunsa vəkil korpusunu qane edəcəkmi?. Əvvəlcədən təşəkkür edirəm!”.

Oxunub: 413
Oxşar xəbərlər
SON XƏBƏRLƏR