dini radikalizm və ekstremizmlə mübarizə

Ölkədə internet niyə yoxdur? – SƏBƏBİ

Ölkədə internet niyə yoxdur? – SƏBƏBİ

NOCOMMENT.az xəbər verir ki, ölkənin ən iri və geniş zolaqlı internet provayderi olan KATV 1-in fəaliyyətində 09 iyun 22:30 radələrindən etibarən fasilə yaranıb.

Baş ofisdən bildiriblər ki, KATV 1-in fəaliyyətində texniki nasazlıq yaranıb və bu istiqamətdə işlər aparılır. İnternetin verilməsinin hansı müddətə bərpa olunması ilə bağlı dəqiq bir məlumat yoxdur.

Lakin etibarlı mənbədən aldığımız digər məlumata əsasən, KATV 1-in vergi borcu olduğundan şirkətin fəaliyyətinə qadağa qoyulub. Borc ödəniləcəyi təqdirdə internetin verilişi bərpa olunacaq.

Yaranmış nasazlıq səbəbindən ölkənin şəhər və rayonların da internet verilişində fasilə yaranıb.

KATV 1-də yaranmış nasazlıq səbəbindən Sumqayıtın internet provayderi olan SNTV-nin də fəaliyyətində fasilə yaranıb.

Qeyd edək ki, KATV 1-in hüquqi varisi olan “AG Telekom” MMC şirkəti 2005-ci ildə təsis edilib. Elə həmin ildə Milli Televiziya və Radio Şurası tərəfindən kabel yayımı üçün KATV1 brendi altında lisenziya verilib. Hazırda şirkət tərəfindən KATV1 xidmətlərinə qoşulmaq üçün 90 km. optik, 80 km. magistral və 140 km. submagistral xətt çəkilib.

Xatırladaq ki, “AG Telekom” MMC şirkəti Azərbaycanın telekommunikasiya bazarında öndə gedən, liderlik edən şirkətlərdən biri olaraq, əhaliyə müxtəlif növ xidmətlər təklif edir. Hazırda “AG Telekom” MMC Bakı, Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərinə internet verməkdədir.

Lakin, əfsuslar olsun ki, pandemiya dövründə KATV 1 yüklənmələrə məruz qaldı və bunun da nəticəsində demək olar ki, tez-tez internetin verilişində fasilələr yaranır. Sumqayıta xidmət göstərən SNTV-də isə bu nasazlıqlar adi hala çevrilib.

Oxunub: 615
Oxşar xəbərlər
SON XƏBƏRLƏR