dini radikalizm və ekstremizmlə mübarizə

Sahibsiz küçə itləri mütləq yollardan yığışdırılmalıdır və şəhərdə məxsusi it gəzdirənlər cəzalandırılmalıdır


Hər addımbaşı bir sahibsiz küçə itinə rast gəlirsən. Bu cür heyvanlar sahibsiz buraxılmış və quduzlaşmışdır. Onların küçələrdə, yollarda özbaşına dolaşması vətəndaşlarımızın, xüsusilə azyaşlı uşaqların həyatı üçün olduqca təhlükəlidir. Vaxtı ilə, o itləri kimlər özbaşına buraxmışdırsa, elə həmin adamlar da tapılaraq müvafiq qaydada cəzalandırılmalıdır! Çünki, o məsuliyyətsiz və tüfeyli həyat tərzi keçirən insanlar təkcə özlərini düşünərək məntiqsizcəsinə "Əşi, təki bu köpəkdən canımı qurtarım" deyib də onu insanların canına buraxması dəhşətli bir haldır. Çoban, qapı, mühafizə itləri və hərbiləşdirilmiş itlər tamamilə fərqli və əhliləşdirilmiş heyvanlardırlar. Yəni ki, onların sahibsiz itlərdən bir qədər üstünlüyü vardır. Lakin sahibsiz küçə iti isə quduz olduğu üçün elə kim gəldisə onu qapır, xəsarət yetirir. Neçə dəfələrlə şahidi olmuşuq ki, sahibsiz küçə itləri yolu ilə sakit gedən çox sayda adama saldırmış, qapmış, yaralamış, quduzlaşdırmış və hətta dişləyərək öldürmüşdür də. Onun adicə bir hürməsi insanlarda, körpələrdə ciddi qorxuluq xəstəlikləri törədə bilər və törətmişdir də. Belə acı hadisələr baş verdikdə, onların naməlum sahiblərini tapana qədər ölən ölər, xəstəlik tapan da ki, xəstəlik tapar. Ona görə də sahibsiz küçə heyvanları ilə məşğul olan qurumlar bu məsələ barədə bir çarə qılmalıdırlar. Məsələn, 2 saat əvvəl Yasamal rayonunda yerləşən "Musabəyov" adlı parkın kənarında 4-5 ədəd sahibsiz küçə iti oturmuşdu və yanlarından keçən yaşı haradasa 22-23 olan bir xanımın üstünə hücum edərək onu qapmaq istəyirdilər. Nəzarətsiz qalan küçə iti də özbaşına cinayətkar kimidir, əgər qarşısını ciddi bir şəkildə alınmasa, o zaman, o çox fəsadlar törədə və günahsız insanlara zərər-ziyan vura bilər. Şəhərlərdə, küçələrdə şəxsi it gəzdirən başıboş adamlar da həmçinin ya cərimələnməli və yaxud da ki, cəzalanmalıdır. Çünki, onlar da insanların həyatı ilə ağlasığmaz oyun oynayırlar. Görəsən, o it öz sahibinin əlindən çıxaraq hər hansısa bir vətəndaşı qaparsa, o zaman, həmin adam bunun cavabını verə biləcəkdirmi? Təbii ki, hesabını verə bilməz. Axı nə deyərək hesab verə bilər? Əgər lap cavab versə də, gərəkdir ki, başı ilə cavab versin. İt gəzdirənlər mütləqdir ki, yanlarında hərlədikləri o yırtıcı, kəmfürsət heyvanın ağzına ağızlıq vuraraq bağlasınlar. Əgər belə etməsələr, cərimə olsunlar. Və yaxud da ki, şəhərdə, ictimai yerlərdə it gəzdirmək qadağan edilsin və buna qətiyyən icazə verilməsin. Ona görə ki, bu cür biganə adamları başqasının həyatı ümumiyyətlə maraqlandıra bilməz. Əgər maraqlandırsaydı, belə düşüncəsiz addımlar atmaz, cəmiyyətin qınaq obyektinə çevrilməzdilər.

Ərtoğrul Aypar

Oxunub: 641
Oxşar xəbərlər
SON XƏBƏRLƏR