» » Münasibətlər zamanı qadınlar hansı səhvləri buraxır? - KİŞİLƏRİN RƏYİ

Münasibətlər zamanı qadınlar hansı səhvləri buraxır? - KİŞİLƏRİN RƏYİ


“Istommaa” nikli “TikTok” istifadəçisi kişilərə müraciət edərək, qadınların bilmədiyi sirləri, münasibətlər zamanı onların buraxdıqları səhvləri bölüşmələrini istəyib.

Lenta.ru-nun məlumatına görə, gün ərzində 1,6 milyon dəfə baxılan videonun şərh bölməsinə kişilər qadınların ən çox buraxdığı səhvlər və münasibətlər zamanı çatışmayan cəhətləri barədə danışıblar.

“Sizin üçün edilən hər şeyi qiymətləndirin. Hətta son pula alınan bir şokolad belə özündə sevgi və qayğını ehtiva edir”, - deyə, istifadəçilərdən “Viktor2k” tövsiyəsini verib.

“Debil” ləqəbli istifadəçi buraxılan səhvə görə qadınların sevgililərini bağışlamalarını istəyib: “Ciddi məqamda nəyisə düz eləmiriksə, bizi bağışlayın. Sadəcə, gözəlliyinizdən başımızı itirə bilərik”.

“User” ləqəbli istifadəçi şəxsi münasibətləri rəfiqələrinə danışmamağı tövsiyə edib.

“Bizə də komplimentlər deyin. Biz doğurdan da onları çox eşitmək istəyirik. Bəzən sizin adi xoş sözünüzü biz bütün günü və hətta gecəni beynimizdən keçiririk”, - deyə, “lekps” etiraf edib.

Qızlara həmçinin xatırladılıb ki, sevgililərini daim dəstəkləməli və başqa kişilərlə müqayisə etməməlidirlər: “Bütün oğlanları bir cərgəyə düzməyin. Biz hamımız fərqliyik, əgər sizdə kiminləsə münasibətlər alınmırsa, bu, o demək deyil ki, bütün kişi cinsi səhv edir”, - “levçik” vurğulayıb.

Bir çoxları oğlanların da ağladığını, özlərini başqaları ilə müqayisə etdiklərini, kədərləndiklərini və bir sıra komplekslərdən əziyyət çəkdiklərini bildiriblər.

İstifadəçilər həmçinin qızlara kişi qısqanclığı ilə oynamamağı tövsiyə ediblər.

“Əgər insan sizin üçün qiymətlidirsə, qısqanclığa əsas verməyin”, - deyə, “Kirito” yazıb.
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Ağustos 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31