dini radikalizm və ekstremizmlə mübarizə

Bu reys ilə Azərbaycana gələn vətəndaşlar karantindən azad edilir

Bu reys ilə Azərbaycana gələn vətəndaşlar karantindən azad edilir

Milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” (AZAL) 17 və 18 iyun tarixlərində Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi reyslərin yerinə yetirməsini davam etdirir. Təyyarələrin uçuşu cədvəl üzrə həyata keçirilir.

AZAL-dan verilən məlumata görə, yeni qaydalara uyğun olaraq, yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər Bakı-İstanbul reysinə buraxılır.

İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən sərnişin COVID-19-a dair mənfi nəticə barədə arayışı təqdim etməlidir. Bu halda İstanbul-Bakı reysi ilə gələn Azərbaycan vətəndaşları karantindən azad edilirlər. Lakin həmin reysin sərnişinlərində COVID-19 əlamətləri aşkar edildikdə onlar təkrar tibbi müayinədən keçirilə bilərlər.

Bakı-İstanbul-Bakı istiqamətində reyslərə aviabilet satışı aviaşirkətin www.azal.az saytında açılıb. Bakı-İstanbul reysinə aviabiletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin həmin ölkələrə daxil olmaq hüququna malik olan vətəndaşları əldə edə bilər. İstanbul-Bakı reysinə yalnız Azərbaycan vətəndaşları buraxılır.

Oxunub: 473
Oxşar xəbərlər
SON XƏBƏRLƏR