dini radikalizm və ekstremizmlə mübarizə

"Azərpoçt" IFC ilə tərəfdaşlığa başlayıb

"Azərpoçt" IFC ilə tərəfdaşlığa başlayıb

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Azərpoçt" MMC Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC ) ilə tərəfdaşlığa başlayıb.

"Azərpoçt"dan "APA-Economics"ə verilən məlumata görə, məqsəd ölkədə, xüsusilə ucqar ərazilərdə yaşayan əhali və fəaliyyət göstərən özəl sektorun elektron maliyyə xidmətlərindən istifadəsini genişləndirməkdir.

Layihəyə əsasən, IFC elektron maliyyə əməliyyatlarını icra etməyə imkan verən elektron pul kisəsinin hazırlanmasında "Azərpoçt"la birgə çalışacaq.

Hazırda "Azərpoçt" bir sıra maliyyə xidmətləri təqdim edir. Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq quruma digər maliyyə təşkilatlarının agenti qismində seçilmiş maliyyə xidmətləri göstərməsi və müştəriləri rəqəmsal maliyyə xidmətləri barədə maarifləndirməsi üzrə yardım edəcək. Bu fəaliyyət İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlıq əsasında icra olunan IFC-nin "Elektron və rəqəmsal maliyyə xidmətləri" layihəsi çərçivəsində həyata keçirilir.

Sözügedən təşəbbüs, xüsusilə kənd yerlərində, bank filiallarından uzaqda yaşayan əhaliyə və kiçik sahibkarlara banka gəlmədən ödənişlər etməyə və əsas bank xidmətlərinə rəqəmsal çıxış əldə etməyə imkan verəcək. Eyni zamanda bu əməkdaşlıq "Azərpoçt" üçün yeni imkanlar açacaq.

Qeyd edək ki, layihənin icrası nəticəsində qurum əhalinin bank xidmətləri ilə əhatə olunmayan böyük hissəsi üçün maliyyə inklüzivliyinin təmin edilməsində mühüm rol oynayacaq. Bu təşəbbüs Azərbaycan iqtisadiyyatını şaxələndirməyə və iqtisadi artımı daha da sürətləndirməyə dəstək verəcək.

Oxunub: 450
Oxşar xəbərlər
SON XƏBƏRLƏR