dini radikalizm və ekstremizmlə mübarizə

Normal yuxu sağlamlığın rəhmidir

Normal yuxu sağlamlığın rəhmidir

Hazırki dövrdə bir çox insanlar müxtəlif səbəblərdən yuxu rejimini qoruya bilmir. Bu halda yorğunluq və zəiflik hallarının yaranması qaçılmazdır. Bəs nə üçün yuxu bizim üçün bu qədər vacibdir? Kifayət qədər enerjili olmağımız üçün nə etməliyik?

YUXUDAN ƏN AZI 2 SAAT ƏVVƏL ELEKTRON CİHAZLARLA VİDALAŞMAQ

Yatmazdan öncə elektron cihazlara vaxt sərf edirsinizsə, yuxu rejiminizin pozulması olduqca normaldır. Gecə saatlarında qaranlığa ehtiyac duyan beyninizə telefon işığı ilə təsir etmək həm yuxunuzun səmərəliliyini azaldır, həm də dərin bir yuxuya getməyinizə mane olur. Səmərəli və adekvat yuxu almaq istəyirsinizsə elektron cihazlarla vidalaşmalı olacaqsınız.

DAİMİ MƏŞQ ETMƏK

Əlbəttə ki, saatlarla idman etmək barədə danışmırıq. Səhər və ya günortadan sonra edə biləcəyiniz kiçik məşqlər yatmağı asanlaşdırır və daha dərin yuxuya getməyə kömək edir. Bu şəkildə yuxusuzluq problemləri ilə mübarizə apara və enerjinizi daha asan toplaya bilərsiniz. Bununla yanaşı, idman saatlarınıza mütləq diqqət yetirməlisiniz.Yəni,axşam saatlarına yaxın etdiyiniz məşqlər əks təsir göstərəcək və yuxunuzun qaçmasına səbəb olacaqdır.

SİQARET, ALKOQOL VƏ QƏHVƏ KİMİ KƏSİCİ VƏRDİŞLƏR

Bir çox insanlar spirtli içki qəbul etdikdə daha tez yuxuya gedəcəklərini və daha uzun yatacaqlarını düşünürlər.Lakin bu düşüncə tamamilə absurddur. Tədqiqatlar sübut edir ki, alkoqol yuxu keyfiyyətini azaldır və qeyri-sağlam yuxu almağınıza səbəb olur. Eyni şəkildə, kofein və siqaretdəki nikotin yuxuya getməyinizi çətinləşdirir, beləliklə, yuxu keyfiyyətiniz azalacaq.

AXŞAM SAATLARINDA YARIM SAAT TƏMİZ HAVADA GƏZİN

Yuxuya getməkdə çətinlik çəkirsinizsə mütləq təmiz havada gəzməlisiniz.Tədqiqatlar sübut edir ki, təmiz havada gəzən insanlar daha asan yuxuya gedirlər və hətta gecə ərzində fasiləsiz yatırlar.

Oxunub: 431
Oxşar xəbərlər
SON XƏBƏRLƏR