» » Qarabağda erməni əsgərinin ölüm səbəbi məlum oldu

Qarabağda erməni əsgərinin ölüm səbəbi məlum oldu


Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun hərbçisinin ölümünün səbəbi məlum olub.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, əsgər Henrix Aramyanın həlak olması faktı ilə əlaqədar onun hərbçi yoldaşı - kiçik çavuş O.D. saxlanılıb. Ermənistanın İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, kiçik çavuş xuliqanlıq niyyəti ilə adam öldürməkdə şübhəli bilinərək tutulub.

İstintaq davam edir.

Qeyd edək ki, hadisə ötən gün baş verib. 2000-ci il təvəllüdlü hərbçi H.Aramyan naməlum şəraitdə aldığı güllə yarasından ölüb.
Oxşar xəbərlər
«    Mayıs 2020    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031