dini radikalizm və ekstremizmlə mübarizə

Operativ Qərargah idman zallarının açılışı ilə bağlı məsələyə aydınlıq gətirib


"Bütün sahələrin açılması arzuolunandır".

Apasport.az saytının məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

İdman zallarının açılışı ilə bağlı sualı cavablandıran qurum rəsmisi bildirib ki, bütün sahələrin fəaliyyəti mərhələli şəkildə bərpa olunacaq: “Sadəcə, bu proseslər mərhələli şəkildə olacaq. Ardıcıllığa riayət olunur, hamısı eyni vaxtda açıla bilməz”.

TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva isə əlavə edib ki, idman zallarının açılması müzakirə olunur: “İdman zallarında bir çox idman alətləri birgə istfifadə edilir. Ancaq bu məsələ də müzakirə olunur, metodiki göstərişlər üzərində iş aparılır”.

Qeyd edək ki, Azərbaycanda idman zallarının fəaliyyəti koronavirus pandemiyası səbəbindən martın 13-də dayandırılıb.

Oxunub: 462
Oxşar xəbərlər
SON XƏBƏRLƏR