dini radikalizm və ekstremizmlə mübarizə

Mirşahin "Real TV"nin bağlanması ilə bağlı yayılan xəbərə münasibət bildirdi

Mirşahin "Real TV"nin bağlanması ilə bağlı yayılan xəbərə münasibət bildirdi

“Real TV”nin rəhbəri Mirşahin Ağayev Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu gün keçirilən iclasında “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin peyk yayımı lisenziyasına xitam verilməsinə münasibət bildirib.

Qərarla bağlı açıqlama yayan telekanal rəhbəri məsələyə aydınlıq gətirib:

“MTRŞ-nın REAL TV ilə bağlı qərarı ilə əlaqədar çoxlu zənglər, suallar gəlir. Bəzi saytların əməkdaşları qərarı tam oxumadıqlarından və ya oxuduqlarından düzgün nəticə çıxara bilmədiklərindən bunu REAL TV-nin guya bağlandığı barədə yalan xəbərlər yayırlar.

Qərarda deyilir ki, hazırda “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin ümum-ölkə televiziya yayımı üçün Milli Televiziya və Radio Şurası tərəfindən verilən 23 aprel 2019-cu il tarixli 197 qeydiyyat nömrəli lisenziyaya malik olduğunu, bu lisenziyanın da bütün yerüstü, kabel, peyk, İPTV operatorlarında yayımlanmaq hüququ verdiyini nəzərə alaraq, Şura “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə peyk yayımı üçün verdiyi 5 mart 2018-ci il tarixdə 186 qeydiyyat nömrəli lisenziyanın ləğv olunması haqqında qərar çıxarıb.

Yəni, REAL TV-yə 23 aprel 2019-cu il tarixdə verilən lisenziya həm də peyk yayımı üçün icazədir. İki lisenziya peyk yayımı hissəsində bir-birini təkrarladığı üçün onlardan daha məhdud olanı ləğv edilib. Bu isə o deməkdir ki, REAL TV həm yerüstü yayımda, həm də peyk yayımında fəaliyyətini davam etdirir”. //Konkret.az

Oxunub: 455
Oxşar xəbərlər
SON XƏBƏRLƏR