dini radikalizm və ekstremizmlə mübarizə

Bu sənəd tələb olunmayacaq – ŞAD XƏBƏR


Azərbaycanda vəkillərin əvvəlki qaydada əlavə tibbi arayış tələb olunmadan istintaq təcridxanalarına buraxılması bərpa edilib.

Bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
“Son günlər vəkillərin istintaq təcridxanalarına buraxılması ilə bağlı COVID-19 testi barədə tibbi arayışın tələb olunması problemi apardığımız müzakirə nəticəsində öz müsbət həllini tapdı. Ədliyyə Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən sabahdan etibarən (14 may – red.) vəkillər əvvəlki qaydada əlavə tibbi arayış tələb olunmadan ölkənin bütün istintaq təcridxanalarına buraxılacaqlar. Bununla belə, tibbi maska və qoruyucu əlcəklərin taxılması, dezinfeksiya vasitələrdən istifadə mütləqdir”, – deyə o bildirib. //Konkret.az

Oxunub: 565
Oxşar xəbərlər
SON XƏBƏRLƏR