» » Alimlər koronavirusdan ölüm ehtimalını hesablayan kalkulyator hazırladı

Alimlər koronavirusdan ölüm ehtimalını hesablayan kalkulyator hazırladı


Polşalı tədqiqatçılar koronavirusa yoluxma zamanı xəstəliyin ağır keçməsi və ölümlə nəticələnməsi ehtimalını hesablamağa imkan verən proqram hazırlayıblar.

KONKRET.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Sözügedən proqramın – kalkulyatorun hazırlanmasında həkimlər, epidemioloqlar, riyaziyyatçılar və proqramçılar iştirak edib. Yaradılan proqram insanın yaşını və cinsini, həmçinin, dörd əsas xroniki xəstəlik barədə informasiyanı əsas götürür.

“Koronavirusdan ölüm riski əksər hallarda həyat tərzindən və bununla əlaqədar xəstəliklərdən, o cümlədən, piylənmə, diabet, hipertoniya və bunların yaratdığı fəsadlardan asılı olur.

Son tədqiqatlar sübut edir ki, heç bir xroniki xəstəliyi olmayan şəxslərin COVID-19-la bağlı ölüm ehtimalı bir faizdən azdır”, – kalkulyatoru hazırlayan tibb elmləri doktoru Pyotr Bandoş bildirib.
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Temmuz 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031