dini radikalizm və ekstremizmlə mübarizə

Bu şəhərin bütün sakinlərinə təkrar istifadə edilən tibbi maska veriləcək


Paris Bələdiyyəsi sakinləri apteklərdən təkrar istifadə oluna bilən maskaları pulsuz əldə etmələri üçün onlayn qeydiyyatdan keçməyə çağırıb.

11 yaşından böyük bütün parislilər pulsuz tibbi maska ilə təmin ediləcək.

Fransada mayın 11-dən koronavirus epidemiyası fonunda tətbiq olunan məhdudiyyətlərin tədricən aradan qaldırılmasına başlanılıb.

Ölkədə məktəblər, geyim mağazaları, ticarət mərkəzləri (Paris istisna olmaqla), bərbərlər, kitab mağazaları, gül salonları açılmağa başlayıb. Eyni zamanda, böyük şəhərlərdəki kafe, bar, restoran, çimərliklər və parklar hakimiyyətin yeni qərarına qədər bağlı qalacaq.

Fransa hakimiyyət orqanlarının daha əvvəl bildirdiyinə görə, ictimai nəqliyyatda maska ​​taxmaq məcburidir, bu qaydanı pozanlar üçün 135 avro (təxminən 249 AZN) cərimə nəzərdə tutulur. /Oxu.az

Oxunub: 429
Oxşar xəbərlər
SON XƏBƏRLƏR