» » MƏN ONU VƏSF ETDİM ONDAN XƏBƏRSİZ

MƏN ONU VƏSF ETDİM ONDAN XƏBƏRSİZ

MƏN ONU VƏSF ETDİM ONDAN XƏBƏRSİZBu gün səni bir daha kəşf etdim, Mahirəm mənim... Deyirlər ki, dostun necə insan olmasını bilmək istəyirsənsə, onunla uzaq səfərə çıx. Onda o insanı bir daha kəşf edərsən, tanıyarsan, lazım gəlsə, lap sınayarsan. Beləcə yol yoldaşının kim olduğunu bilərsən. Səninlə tanışlığım iş xanımı olaraq başladı. Günlər ayları, aylarsa illəri əvəz etdi. Beləcə hər kəsə zəhmi ilə kişi xarakterini xatırladan bir qadın tanıdım, baxışlarında gülüş saçan, hər bir dərdliyə dərman olmaq üçün yürüyən, qadınlara ana, bacı olmaq üçün dünyanın sonuna belə düşünmədən gedən, bir çoxları kimi heç bir çirkin məqsəd daşımayan, öz mənafeyini düşünməyən, əməlləri ilə hər kəsə nur bəxş edən, qəlbi uşaq saflığı ilə vuran, ömrünü gününü qadınlar üçün şam təki əridən, hər kəsi işığına toplayan, öz şəxsi həyatını belə işinə qurban verən analar anası Mahirəm mənim.
Səndən nə suyum gəlmir, nə də çörəyim, səndən asılacağım da yox bu həyatda. Əməllərini görərək qəlbinin saflığı məni səni daha da çox sevməyə vadar etdi. Hər gün daha da çox sevdim səni. Hər gün daha da çox güvəndim sənə. Heç kəsdə görə bilmədiyim güvəni səndə tapdım Azərbaycan xanımı.
Hər zaman dost dediklərim tərəfindən güvənim sarsılarkən qolu-qanadı sınmış bir quşu xatırlayırdım, beləcə insanlardan uzaqlaşırdım. Mahirə xanımın bir çox xüsusiyyətləri var ki, onu çox qadınlardan fərqləndirir. Onun qəlbində heç zaman nə kin-küdurətə, nə ki, nifrətə yer olmadı. O, yalnız yaxşılıq daşıyan bir mələk oldu. Hər bir qadının müstəqil iş qurması üçün onların bir yumruq təki birləşməsi, qadın həmrəyliyini qoruyub saxlaması və bu yolda əlindən gələni əsirgəməməsidir əsas qayəsi. O, qadınların öz ayaqları üzərində durması üçün hər birinə arxa dayaq durmaqdan zövq alır.
Beləcə tarixə nəzər salanda Tomris, Nigar, Həcər kimi qeyrətli azərbaycan qadınları olub, bu gündə var. Bir zamanlar adları tariximizin vərəqlərində həkk olunacaq qadınlarımız var. Aslanın etkəyi, dişisi olmaz atalar misalını xatırlatmaq yerinə düşər. Söz açdığım Mahirə Əmirhüseynova XXI əsrin Qadınları İctimai Birliyinin sədri, Qadın Formun sədri, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyanın sədri, Milli QHT Formun İdarə heyətinin üzvü, Dünya Sülh Səfiri, İlk Qadın sahibkarlardan biri olduğu illərdən bu günə kimi o, qadın hüquqlarının qorunması, onların problemlərinin həlli yolları üçün illərlə əzmlə çalışmışdır. Bu gündə bu sahəni genişləndirərək rayonların bir çoxlarında birliyin nümayəndəliyi fəaliyyət göstərir. Mahirə xanım zahirən zəhmli görünsədə daxilən bir mələkdir deyərdim. Mən səni tanımaqla azərbaycan qadınının yeni bir qəhrəman obrazını kəşf etdim. Öz millətini, dövlətini, xalqını sevən. Dövlətnin rifahı naminə və dövlətçiliyinin qorunması üçün əzmlə çalışan bir ana, bir qadın obrazı gördüm. Kiçik bir qəlbdə bir dünya məhəbbət daşıya biləcək insan heç gördünüzmü? Mənsə fəxrlə deyə bilərəm, mən bir qadın tanıdım Mahirə Əmirhüseynova adlı. Mən onu vəsf etdim ondan xəbərsiz.
Almaz İLAHƏ
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930