» » Bayramınız mübarək!

Bayramınız mübarək!

  • 31-12-2016, 15:36
  • sosial
  • 142
Bayramınız mübarək!
Bu gün tariximizdə iki əlamətdar bayramı qeyd edirik. Məhz, bu gün ilk növbədə bütün azərbaycanlıların tarixi bayramıdır. Həmrəyliyimiz əbədi və daimi olsun. Əziz həmvətənlərim! Sizi hər iki bayram münasibəti ilə təbrik edir, uzun ömür, can sağlığı arzu edirəm. İnşallah, 2017-ci ildə bu həmrəy olduğumuz gözəl günlərin bir tarixində arzu edirəm ki, hər zaman sevinc içində yaşayasız. Bu sevincimiz Qarabağımızdan gəlsin.
"Xoşbəxtlik hər zaman qapımızı döyür, lakin bəzən biz evdə olmuruq." Əziz xalqım, bir Azərbaycan övladı olaraq bütün bacı və qardaşlarımızə səmimi hisslə təbrik edərək demək istəyirəm ki, 2017-ci ilin ilk günündən etibarən xoşbəxtlik qapınızı döysün və hər zaman evinizdə xoşbəxtliyin üzünə qapınızı açasınız. DJB.az saytının vətənimizin müxtəlif bölgələrindən olan əməkdaşları adından da sizi təbrik edirəm.
...Mən həm bakılıyam, həm lənkəranlı,
Gəncəli, qubalı, həm naxçıvanlı,
Şəkili, şirvanlı, qarabağlıyam,
Bütöv Vətənimə bütöv bağlıyam... (B.Vahbzadə)

Vətənimizlə, azərbaycanlı olmağımızla daim fəxr edək. Necə ki, fəxr edirik! Bayramınız mübarək!
Almaz İlahə
Oxşar xəbərlər
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Ani ölümdən qorunmaq mümkündürmü? Azərbaycanda ölüm cavanlaşır. Xüsusi ilə ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı Читать далее
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728