dini radikalizm və ekstremizmlə mübarizə

“Azərbaycan Hava Yolları”nın iki çarter reysi ilə 212 Azərbaycan vətəndaşı İstanbuldan Bakıya gətirilib

“Azərbaycan Hava Yolları”nın iki çarter reysi ilə 212 Azərbaycan vətəndaşı İstanbuldan Bakıya gətirilib

Mayın 7-də Azərbaycanın milli aviaşirkəti tərəfindən İstanbuldan Bakıya iki çarter reysi həyata kecirilib.

“Azərbaycan Hava Yolları” QSC-dən "APA-Economics"ə verilən məlumata görə, həmin reyslərlə 212 Azərbaycan vətəndaşı Bakıya gətirilib.

Daha əvvəl bu həftə AZAL aviaşirkəti tərəfindən Moskvdan Bakıya daha bir çarter reysi həyata keçirilmişdir. Həmin reysdə 169 nəfər həmvətənlimiz olub.

Ölkəyə gələn sərnişinlərin hamısı mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, AZAL aviaşirkəti həmvətənlərimizin vətənə geri qaytarılması üzrə çarter reyslərini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edildiyi plana uyğun olaraq həyata keçirir.

Oxunub: 441
Oxşar xəbərlər
SON XƏBƏRLƏR