dini radikalizm və ekstremizmlə mübarizə

Koronavirus “Qatar Airways”ə də təsirsiz ötüşmədi

Koronavirus “Qatar Airways”ə də təsirsiz ötüşmədi

Qətərin “Qatar Airways” aviaşirkəti koronavirus səbəbindən sərnişinlərin böhrandan əvvəlki dövrlə müqayisədə azalması ilə əlaqədar uçuşların 90%-ni dayandırmağı planlaşdırır. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bunu Qətərdə yerləşən Həməd Beynəlxalq Hava Limanının əməliyyat fəaliyyəti üzrə direktoru Bədr əl-Mir deyib.

““Qatar Airways”in təyyarələrinin 75 %-i yerdədir və faiz nisbətində belə təyyarələrin sayı 90 %-dək artacaq, çünki bazar ertəsi verilən məlumatlar səyahətçilərin sayının böhrandan əvvəlki dövrlə müqayisədə 90 % azaldığını göstərdi. Qətər Beynəlxalq Hava Limanının müxtəlif şöbələrinin, o cümlədən hava limanının xidmət sahəsinin əməkdaşlarının 40 %-ə yaxın hissəsi müvəqqəti işləməyəcək, əsasən, onlar növbədənkənar məzuniyyətə gedəcəklər”, - aeroportun nümayəndəsi əlavə edib.

Bununla yanaşı, əl-Mir qeyd edib ki, Qətər aeroportu tamamilə bağlamayıb və öz aviaşirkətinin uçuşlarını dayandırmayıb, çünki təyyarələr vasitəsilə ölkəyə lazımi məhsulların, o cümlədən tibbi vasitələr çatdırılır.

Oxunub: 479
Oxşar xəbərlər
SON XƏBƏRLƏR