dini radikalizm və ekstremizmlə mübarizə

Astarada karantin rejiminə riayət etməyənlərə xəbərdarlıq olunub

Astarada karantin rejiminə riayət etməyənlərə xəbərdarlıq olunub

Elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər Astara rayonunda da davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, bu məqsədilə Astara RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində koronavirusun yayılmasına qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə 65 yaşdan yuxarı insanların evdən çıxmasıyla bağlı qadağalar nəzərə alınaraq, onlarla profilaktiki söhbətlər aparılmaqla yaşadıqları ünvana qaytarılması təmin olunur.

Onlara izah olunur ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Bu müddət ərzində evdə qalmalarının özləri və digərlərinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Onlarla maarifləndirici söhbətlər aparılıb.

Oxunub: 456
Oxşar xəbərlər
SON XƏBƏRLƏR