dini radikalizm və ekstremizmlə mübarizə

Əməyin təhlükəsizliyinə dair Milli Strategiya, mühafizəsinə dair qanun qəbul ediləcək

Əməyin təhlükəsizliyinə dair Milli Strategiya, mühafizəsinə dair qanun qəbul ediləcək

Əməyin təhlükəsizliyi və sağlamlaşdırılması sahəsində əsas məqsədlərə çatmaq üçün “Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya”nın qəbul edilməsi sürətləndiriləcək.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.

Sazişə əsasən, tərəflər “Əməyin mühafizəsi haqqında” qanunun layihəsini hazırlamaq, əməyin təhlükəsizliyi normaları və standartları üzrə milli informasiya sistemini yaratmaq, Beynəlxalq Əmək Təşkilatının dəstəyini almış “İşəgötürənlər və sahibkar birlikləri haqqında” qanunun qəbul edilməsinə səy göstərmək, əmək pensiyasının sığorta hissəsinə və qulluq stajına görə əmək pensiyasına əlavələrlə əlaqədar “Əmək pensiyaları haqqında” qanunu təkmilləşdirmək, qadın əməyinin tətbiqi qadağan edilən iş yerlərinin siyahısına yenidən baxılması və bu iş yerlərinin azaldılması və Əmək Məcəlləsinin 241-ci maddəsində dəyişiklik edilməsi istiqamətində müvafiq işlər aparılması barədə də öhdəlik götürüblər.

Oxunub: 471
Oxşar xəbərlər
SON XƏBƏRLƏR