dini radikalizm və ekstremizmlə mübarizə

Belarus parlamentinin müşahidə missiyası: Seçicilər azad şəkildə öz seçimlərini edirdilər

Belarus parlamentinin müşahidə missiyası: Seçicilər azad şəkildə öz seçimlərini edirdilər

Fevralın 9-da parlamentə keçirilən seçkilərlə əlaqədar Belarus parlamentinin müşahidə missiyası mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, missiyanın rəhbəri Sergey Laçkov bildirib ki, seçki məntəqələrində müşahidələr aparıblar: “Məntəqələrdə fəallıq müşahidə olunurdu. Təşkilatlanma yaxşı səviyyədə idi. Hazırlıq səviyyəsi də yaxşı idi. Namizədlərin hər biri üçün yaxşı şərait yaradılmışdı. Bu da şəffaflığı və ədalətli seçkinin olmasını göstərirdi”.

S. Laçkov qeyd edib ki, seçicilər azad şəkildə öz seçimlərini edirdilər: “Məntəqələrdə seçicilər heç bir təsirə məruz qalmırdılar. Qeyd etmək istəyirəm ki, əksər məntəqədə “exit-poll” təşkil olunmuşdu”.

Belarus Parlamentinin üzvü Aleksandr Markeyviç isə bildirib ki, Bakının müxtəlif rayonlarında müşahidələr aparıblar: “Müşahidələr zamanı yüksək səviyyədə hazırlığın şahidi olduq. Qanun pozuntuları yox idi. İnanırıq ki, yeni parlamentlə də əməkdaşlığımızı davam etdirəcəyik”.

Oxunub: 449
Oxşar xəbərlər
SON XƏBƏRLƏR