dini radikalizm və ekstremizmlə mübarizə

"Xocalı - tarixin qan yaddaşı" adlı rəsm sərgisinin açılışı olub – Fotolar

"Xocalı - tarixin qan yaddaşı" adlı rəsm sərgisinin açılışı olub – Fotolar

Fevralın 2-də “EMEDIA GROUP” Media təşkilatının təşkilatçılığı ilə Biləsuvar rayonunda Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 28-ci il dönümünə həsr olunmuş Xocalı soyqırımı mövzusunda "XOCALI TARİXİN QAN YADDAŞI" adlı rəsm sərgisinin açlışı baş tutub.

Proqram Biləsuvarda Heydər Əliyevin heykəlinin ziyarətindən sonra start götürüb.

Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb, daha sonra Xocalı Soyqırımının 28-ci il dönümünə həsr olunmuş video çarxla açlış edilib.

Tədbirin aparıcısı Alidə Mustafayeva tədbir iştirakçılarını salamlayaraq təşkilatçıları səhnəyə dəvət edib.

Təşkilatın sədri Elşən Əliyev çıxışında bildirib ki bu layihə Heydər Əliyev Fonundun vitse-prezidenti Leyla Əliyevanın "GƏLİN HƏQİQƏT NAMİNƏ VƏ ƏDALƏTİN ZƏFƏR QAZANMASI ÜÇÜN BİRGƏ KAMPANİYA APARAQ" çağrışına qoşularaq, hər il Leyla xanımın təşəbbüsü ilə baş tutan “Xocaliya Ədalət” Beynəlxalq kampaniyasında “XOCALIYA ƏDALƏT” deyərək rəssamların əsərlərindən ibarət rəsm sərgisi ilə yola çıxılıb.

Tədbirdə Elvin Abdullayevin rejissorluğu ilə çəkilən “MƏRİZ” filminin nümayişi olub.

“EMEDIA GROUP” Media təşkilatının sədr müavini Tural Nurməmmədov deyib ki, layihə Milli Qəhrəmanımız Mübariz İbrahimova xatirəsinə görə Biləsuvar royonundan start götürüb.

Tədbirin ikinci hissəsində “XOCALI TARİXİN QAN YADDAŞI” adlı rəsm sərgisinin açlış mərasimi olub. Açlış mərasimində layihənin bədii rəhbəri Ülkər Əbülfət rəsmlərin izahını və əsərlər müxtəlif janrlarda çəkildiyini bildirib.

Ən sonda bütün heyət 100-ə yaxın qonaqla Mübariz İbrahimovun evində valideyinləri ilə görüşərək yola çıxıblar.

Tədbirdə ictimai, siyasi, dini xadimlər və rəssamlar iştirak edib.

Təşkilatın sədri “EMEDIA GROUP” media təşkilatının sədri Elşən Əliyev bu tədbirin baş tutmasında Biləsuvar rayon İcra Hakimiyyəti, Biləsuvar Regional mədəniyyət idarəsi və xüsusi ilə Dövlət rəsm Qalareyasının direktoru Rövşən Cənnətova dərin təşəkkürünü bildirib.










Oxunub: 535
Oxşar xəbərlər
SON XƏBƏRLƏR