dini radikalizm və ekstremizmlə mübarizə

Deputatlığa namizəd mingəçevrililərə müraciət etdi.Müraciətdə deyilir:


Əziz həmyerlilərim ,əziz mingəçevirlilərim bildirim ki,mən Mingəçevir şəhərində həkim ailəsində anadan olmuşam,orta təhsilimi və ilk ali təhslimi də bu şəhərdə almışam.İlk əmək fəaliyyətimdə mənə əziz və doğma olan şəhirmlə bağlıdır.Mingəçevir su əsərrüfatı,Mingəçevir İcra Hakimiyyəti aparatında bir sıra məsul vəzifələrdə çalışmışam.Nəzərinizə çatdırım ki,ikinci ali təhsilimi Bakı şəhərində aldıqdan sonra Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Aparatında əmək fəaliyyətimi davam etdirmişəm.Hal-hazırda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında Uçot siyasəti və təminat şöbəsinin müdir müavini vəzifəsində çalışıram.Lakin bu illər ərzində də sıx bağlarla hər zaman doğma şəhərimdən ayrılmamışam.Belə ki,bütün ailəm ,qohumlarımın əksəriyyəti ,hər şeydən öncə atamın məzarı da mənim üçün doğma olan şəhərimdə yerləşir.Buna görə də Mingəçeviri və mingəçevirliləri narahat edən bütün problemlər də mənim üçün hər zaman önəmli və doğma olmuşdur.Çalışdığım dövrlərdə də hər zaman həmyerlilərim tərəfindən ünvanlanan müraciətlərə böyük həssaslıqla yanaşmışam və səlahiyyətlərim daxilində onları narahat edən bir çox sosial problemlərin səlahiyyətim çərçivəsində müsbət həllinə nail ola bilmişəm.Bu baxımdan sosial sahədə sizin sosial problemlərinizin həllinə və sosial sahələrdə dövlətimizin apardığı siyasətə daha çox fayda verə biləcəyimə inanıram.Ali baş komandan cənab prezidentimiz tərəfindən aparılan sosial,iqtisadi,eləcədə siyasi islahatlar ilk növbədə biz vətəndaşların rifahının yüksəldilməsinə,onların layiqli həyat şəraitinin təmin edilməsinə yönəlmişdir.Növbədən kənar parlament sekiləri də bu islahatların mühüm tərkib hissəsi,mühüm pilləsidir və cənab prezidentin biz gəncləridə bu seçkilərdə iştiraka çağırışı da bu islahatların aparılmasında israrlı olmasının,onun ortaya qoyduğu siyasi iradənin bariz sübutudur.Biz bizlər üçün,dövlətimiz ,dövlətçiliyimiz üçün yaradılan bu tarixi imkandan yararlanmalıyıq və deyərdim ki,bu tarixi şəriatdə kənardan seyirci qalmağa ,ona biganə yanaşmağa haqqımız yoxdur.Mingəçevir üçün ,gələcəyimiz üçün,ailəmiz,övladlarımız üçün siz də mütləq seçkilərə gəlib öz namizədinizi,öz gələcəyinizi özünüz seçməlisiniz.Hər şeydən öncə bu bizim gələcəyimiz,övladlarımız,şəhərimiz qarşısında vətəndaşlıq borcumuzdur.Hər kəsdən daha çox bu sizin ,siz mingəçevirlilərin haqqıdır.Çünki Mingəçevirin öz həllini gözləyən xeyli sayda problemləri var və birgə səylərimizlə bu problemlərin həllinə doğru mühüm addımlar atmalıyıq.Hesab edin ki,atdığınız hər imza quracağınız gələcəyə atılan təməl daşıdır.Gəlin layiqli,etibarlı,sağlam namizədinizlə sağlam,etibarlı bünövrə üzərində yeni Mingəçevir quraq.Bir çox namizədlər kimi mən də indidən nəticəsinə heç kəsin zəmanət verə bilməyəcəyi vədlər verə bilərəm Ancaq mən bunu etmək əvəzinə özümün tam əmin olduğum bəzi məqamlara sizləri əmin etmək istəyirəm.Əmin ola bilərsiniz ki,bu günədək işlədiyim,çalışdığım müddətdə hər hansı başqa maraq güdmədən,işimdə heç bir nöqsana yol vermədən dövlətimizə və dövlətçiliyimizə ləyaqətlə xidmət edərək mənə göstərilən yüksək etimadı daim doğrultmuş,xalqıma necə ləyaqətlə ,vicdanla,təmsil etdiyim ailənin adina layiq,eləcə də mingəçevirimizin adına xələl gətirmədən çalışmışamsa bundan sonrakı fəlaiyyətimdə də mənə səs verən,mənə ümid bağlayan,etimad göstərən həmyerlilərimin ümidlərini doğrultmağa,hər bir problemlərində onların yanında olmağa çalışacaq,sizin səsiniz,sizin sözcünüz olacağam.Bu seçkilər prosesində də namizədliyimi irəli sürməkdə məqsədim hər hansı status və ya imiyaz əldə etmək deyil,mənim üçün çox doğma olan Mingəçevirə və mingəçevirlilərə lazımınca və layiqincə xidmət göstərə bilməkdir.Və inanın səmimiyyətimə ,yeganə təvəqqem seçkilərdə kimin qalib olmadığından asılı olmayaraq son nəticədə qazananın və udanın Mingəçevirin və mingəçevirlilərin olmasıdır.

Oxunub: 454
Oxşar xəbərlər
SON XƏBƏRLƏR