dini radikalizm və ekstremizmlə mübarizə

“Experience Azerbaijan” tanıtım jurnalının təqdimat mərasimi keçirilib

“Experience Azerbaijan” tanıtım jurnalının təqdimat mərasimi keçirilib

Azərbaycan Turizm Bürosu tərəfindən nəşr edilən “Experience Azerbaijan” tanıtım jurnalının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid jurnalın xarici vətəndaşlara Azərbaycan haqda ətraflı məlumat təqdim etdiyini qeyd edib və təbliğat metodu olaraq nəşrlərin rolunun mühümlüyündən danışıb. Onun sözlərinə görə, 15 min tirajla yayımlanan və ölkəni beynəlxalq arenada təbliğ edən “Experience Azerbaijan” jurnalı ildə iki dəfə dərc olunur. Jurnalda Azərbaycanın turizm potensialı, görməli yerləri, turizmin müxtəlif növləri üzrə ixtisaslaşmış məkanları, hər il keçirilən festivallar, turistlərin diqqətini cəlb edən milli bayramlar, adət-ənənələr, milli mətbəx nümunələri və s. barədə ətraflı məlumat təqdim olunur. Yerli və beynəlxalq peşəkarlar tərəfindən hazırlanan jurnal Azərbaycanın xaricdə yerləşən bütün səfirliklərində, beynəlxalq sərgi və yarmarkalarda, o cümlədən ölkəmizdə fəaliyyət göstərən əksər hotellərdə paylanılır. F.Zenqstşmid deyib ki, jurnalın növbəti nəşrlərinin mart və sentyabrda nəşr olunması gözlənilir. O qeyd edib ki, fevralın sonunda turizm portalının da açılışı olacaq.

Oxunub: 450
Oxşar xəbərlər
SON XƏBƏRLƏR