dini radikalizm və ekstremizmlə mübarizə

Xatirəyə dönmüş anlar


Türkiyənin Muğla şəhərinin Fethiyə rayonundakı Kayaköy Barış və dostluq festivalında olarkən axşamlar yaşıllıqlar qoynunda qaldığımız xudmani istirahət düşərgəsində Türkiyənin ayrı - ayrı diyarlarından gəlmiş incə sənət adamları ilə birlikdə gözəl günlər keçirdik. Bu şəkili mənə göndərən AİMƏİB- nin Türkiyə üzrə təmsilćisi , sair, qəzetəçi, yazıçı, 39 kitab müəllifi , ağaç oyma sənəti üzrə dəfələrlə sərgiləri keçirilmiş heykəltaraş , sabiq millət vəkili olmuş Mustafa Tanerə təşəkkür edirəm. Poeziya vurğunu olan bu insanlar gecədən xeyli keçənə qədər saatlarla əzbərdən söylədiyim şeirlərimə diqqətlə qulaq asıb heyranlıqlarını bildirirdilər.
Azərbaycan İraq Mədəni Əlaqələr İçtimai birliyinin sədri, Dünya Sülh səfiri Tahirə Məmmədova məni bu möhtəşəm festivala qatdığından yanılmadığını dilə gətirərək qürurlanaraq yaradıcılığıma yüksək qiymət verdiyi üçün təmiz qəlbli bu insana da dərin təşəkkürümüzü bildirirəm.
Türkiyənin, Azərbaycanın, İngiltərənin, Yunanıstanın dövlət bayraqları ilə bəzədilmiş on minlərlə tamaşaçıların iştirakı ilə keçirilmiş iki günlük möhtəşəm festivalda Azərbaycanı dörd nəfər təmsil edirdik.
Tahirə Məmmədovanın vətənpərvər ruhlu çıxışı alqışlarla qarşılandı . Bu sətirlərin müəllifinin Atatürkə həsr etdiyi ,eləcə də Qarabağ mövzulu ağrı - acılarımızı əks etdirən şeirləri də alqışlarla , göz yaşlarıyla qarşılandı. Azərbaycan Milli Konservatoriyasının tələbəsi Şəhram Sadıqovun gah balabanda, gah dakı qara zurnada və tütəkdə bizi müşayət etdiyi mahnılar da , Püstə Rəvanın bayraq şeiri də alqişlarla qarşılandı.
Festivaldan iki gün sonra Türkiyənin yüksək tirajlarla yayımlanan 10 dan çox qəzetlərində Azərbaycanlı qələm sahiblərinə geniş yer ayırmışdılar .Başlıqlar diqqəti çəlb edirdi .
" Azərbaycanlı nümayəndələr festivala rəng qatdı, Azərbaycanlı şairin Atatürk həsrətim şeiri alqışlarla, ayaq üstə qarşılandı."
Bizə Kayaköy Təşkilat Komitəsi adından ,eləcə də Fethiyə bələdiyyəsi və Kaymakanı adından təşəkkürlər və ödüllər təqdim olundu. Azərbaycanın dövlət himni səsləndirilərkən gözlərimiz sevincdən yaşarırdı. Qarabağ mövzusunda söylədiyim hər kəlmədən, xususilə Mustafa arkadaşımız çox duyğulanır və məndən cinas söyləməyimi rica edirdi. Dünən bu şəkili mənə göndərmiş Mustafa Tanerə bir daha təşəkkür edirəm ki, bu foto mənim üçün gözlənilməz oldu. Yəqin ki Tahirə xanım da çox sevinəcəkdir. Axı xatirəyə dönmüş anlar unudulmur.
Onu da qeyd edim ki 16 kitabım işıq üzü görüb .Şeir, hekayə povest cinasli rübailər, qoşma, rubailər, qəzəl dodaqdəyməz ,bayatılar satirik şeirlərin, publisistik yazılarımin, şəhidlərimiz haqqında kitablarımın bir qismi ışıq üzü görmüşdür. Azərbaycanın Milli Qəhrəmanı igid şəhid qardaşımız Mübariz İbrahimovun əziz xatirəsinə həsr etdiyim poemamın 2011- ci ildən 4 cü sinif ( Sinifdən xaric Oxu ) Ana dili kitabına salınması mənim ücün ən böyük mükafatdır.
HƏKƏRİ qəzetinin baş redaktoru ,
şair - publisist , yazıcı, Qızıl qələm, Həzrət Əli, İti Qələm və bir çox media mükafatlarının, Misir Ərəb Respublikasının qiymətli medalyonunun, eləcə də bir çox xarici ölkələrin ödüllərinin, təsəkkür və fəxri diplomlarının, o cümlədən Azərbaycanın Mədəniyyət və Turizm və İdman Nazirliklərinin, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəxri diplomlarına layiq görülsəm də , bir çox içtimai birliklərin mətbuat xidmətinin rəhbəri olsam da , on il Respublika qəzetində külüng çalsam da ,Türkiyənin istər Sivas şəhərindəki sairlərdən ibarət beynəlxalq festivalda, istərsə də iki ay sonra Kayaköy Barış və dostluq festivalindakı görüşlərimiz, çıxışlarımız və bizə göstərilən diqqət və qayğı
mənim yaşamaq , yaratmaq əzmimi daha da ruhlandırmış və bu haqda ayrı- ayrı saytlarda, qəzet səhifələrində operativ olaraq məqalələrim və şeirlərim dərç olunsa da, bu yazıları toplayıb kitablarda yerləsdirmək hələ imkan xaricindədir.
Türkiyədən əl telefonuma göndərilmiş bu xatirə şəkli məni çox duyğulandırdı və yazılarımı təkəbbürdən uzaq , Qarabağ həsrətli köçkün, didərgin, evləri ,Qəbirsanliqları , dədə- baba yurdu erməni- rus quldurları tərəfindən işğal edilərək vəhsicəsinə dağıdılmış , nə qədər şəhid vermiş ikinci dərəcəli əlil bir qələm sahibinin ürək çırpıntılarımı təbii qəbul etməyinizi rica edirəm.

Rauf İlyasoğlu

Oxunub: 692
Oxşar xəbərlər
SON XƏBƏRLƏR