dini radikalizm və ekstremizmlə mübarizə

Mahirə Nağıqızı professor oldu

Mahirə Nağıqızı professor oldu

Azərbaycan Dövlət Pedeqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru Mahirə Nağı qızı Hüseynova professor adına layiq görülüb.

Gununsesi.org xəbər verir ki, Mahirə Nağıqızı fərqlənmə diplomu ilə bitirdiyi universitetin müəllimidir. 50-yə yaxın kitabın – dərs vəsaiti, metodik vəsait, monoqrafiyanın və proqramların müəllifidir. Respublikanın qabaqcıl təhsil işçisi olan Mahirə xanım həm də (Nağıqızı təxəllüsü ilə) 14 şeir kitabının müəllifidir.

Onun sözlərinə 40-dan çox mahnı bəstələnmiş, muğamlar oxunmuşdur. 80-ə yaxın saz havaları üstündə Mahirə xanımın sözləri oxunur.

Dünən isə Mahir xanıma Azərbaycan Respublikasının Prezidenti yanında AAK-da əməyinin bəhrəsi olan Professorluq diplomunu təqdim etdilər.

Bu arada isə Mahirə xanımın daha bir kitabı işıq üzü görüb.


Oxunub: 849
Oxşar xəbərlər
SON XƏBƏRLƏR