» » Nigar Muradova “Bəzən iki evli şəxs bizə müraciət edir ki, biz bir-birimizi başa düşmürük. Səbəb nədir? Biz səbəbləri araşdırırıq

Nigar Muradova “Bəzən iki evli şəxs bizə müraciət edir ki, biz bir-birimizi başa düşmürük. Səbəb nədir? Biz səbəbləri araşdırırıq

  • 23-12-2016, 14:14
  • sosial
  • 451
Nigar Muradova  “Bəzən iki evli şəxs bizə müraciət edir ki, biz bir-birimizi başa düşmürük. Səbəb nədir? Biz səbəbləri araşdırırıq
Modern RN Nitq İnkişafı Mərkəzinin rəhbəri, Nigar Muradova bildirir ki, müxtəlif ailə tipləri var: sərbəst, demokratik, avtoritar və üçüncü şəxsin müdaxiləsi olan ailə tipləri. Sonuncu ailə tipində əsas rolu qaynanalar oynayır: “Gəlin-qaynana münasibətlərinə gəldikdə isə ya qayınana gəlini pisləyir,ya da ki gəlin qayınananı. Ortaq nöqtə tapmaq çox çətin olur. Belə hallarda qaynana fikirləşir ki, oğlunu 25-30 yaşına kimi böyüdüb və birdən digər bir qadının onun oğluna sahiblənməsi qayınanada müəyyən qıcıq yaradır. Bu zaman oğlunu paylaşa bilməməsi düşüncəsi meydana çıxır. Bizə bu məsələ ilə bağlı belə bir müraciət olunmuşdu. Qaynana özlüyündə müşahidə edirmiş ki, görüm oğlum mənə nə qədər vaxt ayırır, öz həyat yoldaşına nə qədər. Qaynana məsələlərin xırdalığına kimi gedirdi. Artıq onda aqressiya yaranmışdı. Bu qayınana ya oğlu ilə problem yaradırdı, ya da gəlini ilə. Onun üçün əsas odur ki, ortada bir problem olsun və o da böyük kimi bu problemi həll etsin. Belə münasibətlər daha çox gəlin-qaynana bir yerdə olan ailələrdə yaşanır. Elə ailələr də var ki, burada qayınana hər işi öz üzərinə götürür. Gəlinin edəcəyi işləri də görür. Bu halda da münaqişələr meydana çıxır. Gəlin deyir ki, sənin anan mənim işimə qarışır, yaxud da gəlində tənbəllik yaranır və nəticədə problemlər baş qaldırır”.

Nigar Muradova hesab edir ki, bu problemlər hər zaman var və olacaq da. Bəs çıxış yolunu necə tapmaq olar?
Nigar xanımın sözlərinə görə, iki tip qaynanalar var: idarəedənlər və araqarışdıranlar (avanturistlər). Gəlin bilməlidir ki, onun qayınanası idarəedəndir, yoxsa araqarışdıran: “İdarəedən qayınanalar istəyir ki, hər şeyi öz üzərinə götürsün. Bu qaynanalarla yola getmək asandır. Belə qadınlar xoşlayırlar ki, gəlinləri hər zaman onlarla məsləhətləşsin və o da öz böyüklüyünü hiss etsin. Əgər gəlin bu qayınanalarla məsləhətləşirsə, onun fikirlərini öyrənirsə bu vaxt qaynananın gəlinə münasibəti çox yaxşı olur. Belə hallarda konfliktlər də az olur. İkinci tip qaynanalar araqarışdıran tip qaynanalardır ki, onlar bir az təhlükəli olur. Çünki onlarla yaxşı davransan da pis başa düşəcəklər, pis davransan da. Sadəcə onlarla münasibətdə az olmaq lazımdır. Bu vaxt sakit durmaq yaxşı effekt verir. Onların gözlərinin içinə bax və dinlə. Belə tiplər “mən”, “mən” sözünü qətiyyən sevmirlər. Bu günkü qaynanaların əksəriyyəti araqarışdıran tiplərdir”. Psixoloqun sözlərinə görə, 3-cü şəxsin müdaxiləsi nəticəsində baş verən boşanma halları az olur. “Bu əksərən uzunmüddətli konfliktlərin yaranmasına gətirib çıxardır. Çünki, qaynana ailədə problem yaratsa da o, ailənin dağılmasını istəmir. O, yalnız istəyir ki, oğlunun yanında olsun”.
Nigar Muradova deyir ki, bu məsələlərlə əlaqədar onlara müraciətlər çox olur. Ancaq bu müraciətlər əsasən qayınana tərəfindən olur. Gəlin tərəfindən olan şikayətlərlə isə hələ qarşılaşmayıb: “Bəzən iki evli şəxs bizə müraciət edir ki, biz bir-birimizi başa düşmürük. Səbəb nədir? Biz səbəbləri araşdırırıq və sonda səbəbin qayınana olduğu aydınlaşır. Belə hallarda problemi iki tərəf də həll etməlidir. Həm oğlan tərəfi, həm qız tərəfi. Qaynana deyərkən bizim gözlərimizin önündə bizə sərt, tələbkar, oğlunu qısqanan bir obraz canlanır. Gəlin dedikdə isə qayınanaların təsəvvürünə oğullarını əllərindən alan bir rəqib gəlir. Əslində bu cür yanaşma düzgün deyil. Ümumiyyətlə, gəlin-qaynana münasibətləri oğuldan asılıdır. Oğul anası ilə necə davranırsa, həyat yoldaşı və anası arasında necə pərdə saxlayırsa bu sonacan da belə gedir”.
Nigar Muradova  “Bəzən iki evli şəxs bizə müraciət edir ki, biz bir-birimizi başa düşmürük. Səbəb nədir? Biz səbəbləri araşdırırıq
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930