dini radikalizm və ekstremizmlə mübarizə

“O bilir ki, Azərbaycan gənci nələrlə üzləşir” – Roza oğlunun bələdiyyə üzvü seçilməsindən danışdı

“O bilir ki, Azərbaycan gənci nələrlə üzləşir” – Roza oğlunun bələdiyyə üzvü seçilməsindən danışdı

Xəbər verdiyimiz kimi, müğənni Roza Zərgərlinin oğlu Corc Qafarov Qaraçuxur Bələdiyyəsinin üzvü seçilib. Onun adı lider namizədlər siyahısında yer alıb. Bu haqda Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib. C.Qafarov 6 min 667 səs toplayıb.

Məsələ ilə bağlı Roza Zərgərli ilə əlaqə saxladıq. İfaçı “Yeni Sabah”a açıqlamasında Corcun öz istəyi ilə namizədliyi irəli sürdüyünü deyib:

“Corcun özü namizəd olmağa təşəbbüs göstərib. Çünki o illər boyu, 11 yaşından bəri kino sahəsindədir. O bilir ki, Azərbaycan gənci nələrlə üzləşir, hər şeydən xəbəri var. Ona görə fikirləşdik ki, elə üzvlüyə namizəd versə, daha doğru olar.

Çünki bugünkü gündə cəmiyyət, millət içərisindən çıxmış Corc Qafarov kimi həyat keçmiş bir gənc dövlətin qayğsını, daha sonra ailə qayğısını görmüş şəxs daha yaxşı bilir ki, Azərbaycan gəncinin nəyə ehtiyacı var. Bu gün də bir çox gənclərə nümunə ola bilər ki, demokratik, azad dövlətdə yaşayırıq və insan qoyduğu məqsədə doğru getsə, ona çata bilər. Çünki hər şey insanın özündən asılıdır.

Biz bu gün rahat, firavan dövlətdə yaşayırıq, istədiyimiz kimi addımlaya bilirik. Və nə yaxşı ki, belə gənclər, uşaq evindən çıxmış gənc itmir. Burada dövlətin birbaşa özünün qayğısı var. Həmçinin Azərbaycan ailəsinin qayğısı var. Corc Qafarov bu gün bir çox gəncə örnək ola bilər”.

Oxunub: 665
Oxşar xəbərlər
SON XƏBƏRLƏR