dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan humanitar yardım idxalını kəskin azaldıb

Azərbaycan humanitar yardım idxalını kəskin azaldıb

Bu ili yanvar-noyabr ayları ərzində Azərbaycana 25 947,3 min ABŞ dolları humanitar yük, təmənnasız kömək və texniki yardım idxal olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azdır.

Eyni zamanda, hesabat dövründə ölkədən 932,61 min ABŞ dolları dəyərində eyni adlı məhsul ixracı həyata keçirilib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 7,3 dəfə çoxdur.

Qeyd edək ki, ölkə üzrə cəmi idxalın 0,21%, ixracın isə 0,005%-ni bu kateqoriyadan olan məhsullar təşkil edib.

Oxunub: 547
Oxşar xəbərlər
SON XƏBƏRLƏR