dini radikalizm və ekstremizmlə mübarizə

"Mingəçevir Gənclərin Regional Debat Forumu: Payız 2019"a start verildi.


Mingəçevir Gənclər və İdman İdarəsinin, Mingəçevir Gənclər Evinin, ( Mingəçevir Gənclər Evi / Mingachevir Youth House) " Gələcək Gənclərlə Gələcək Gənclər İctimai Birliyi-nin dəstəyi, Mingəçevir Regional Debat Mərkəzi-nin təşkilatçılığı ilə reallaşan “Mingəçevir Gənclərin Regional Debat Forumu:Payız 2019”a start verilir.

Forumda iştirak edəcək gənclər "İnvestisiya layihələrində ekoloji standartlar iqtisadi göstəricilərdən üstün tutulmalıdır" mövzusunda debatlar aparacaqlar.

Forum çərçivəsində Mingəçevir,Yevlax,Ağdaş,Göyçay,Bərdə və Ağcabədi regionlarını təmsil edən komandların iştirakı planlaşdırılır.

Qeyd edək ki, forum Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ( The Ministry of Youth and Sport of the Republic of Azerbaijan) və Vətəndaş Cəmiyyətində Debat IB-nin (DVC) birgə təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində həyata keçirilən “Respublika Gənclər Debat Forumu:Payız 2019” layihəsi çərçivəsində keçirilir.

#mys #azdebate #mingecevirdebate #dvc #dvc20 #RGDF2019 #MingecevirGenclerEvi #GGGGIB

Oxunub: 779
Oxşar xəbərlər
SON XƏBƏRLƏR