» » DANX və "Azərpoçt" sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə birgə layihəyə başlayıb

DANX və "Azərpoçt" sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə birgə layihəyə başlayıb

DANX və "Azərpoçt" sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə birgə layihəyə başlayıb

Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) və "Azərpoçt" MMC tərəfindən sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə birgə layihə təqdim edilib.

"APA-Economics"in DANX-a istinadən verdiyi məlumata görə, artıq kənd sakinləri paytaxt Bakıya səfər etmək üçün Zaqatala Beynəlxalq Avtovağzal Kompleksinə gələrək bilet əldə etməklə yanaşı, yaşadıqları ərazi üzrə ən yaxın poçt nümayəndəliyinə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq bilet əldə edə biləcəklər. Şəxsiyyət vəsiqəsi təqdim edildikdən sonra Zaqatala Beynəlxalq Avtovağzal Kompleksinin operatoru ilə əlaqə saxlanaraq səfərin günü və saatı müəyyən edildikdən sonra sərnişin biletini əldə edə biləcək. Göstərilən xidmət "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində vətəndaşların dövlət xidmətlərindən rahat istifadəsini təmin etmək məqsədilə icra olunur.

Layihənin respublikanın digər şəhər və rayonlarında tətbiqinə dair müvafiq işlərə artıq start verilib. Layihə vahid bilet sisteminə keçid prosesinin sürətləndirilməsinə də öz töhfəsini verəcək.
Oxşar xəbərlər
«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930