» » Dövlət qulluğu imtahanında uğur qazananlar 20-34 yaş aralığında olanlardır

Dövlət qulluğu imtahanında uğur qazananlar 20-34 yaş aralığında olanlardır

Dövlət qulluğu imtahanında uğur qazananlar 20-34 yaş aralığında olanlardır

Oktyabrın 27-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB altqruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib.

DİM-dən APA-ya verilən məlumata görə, qeydiyyatdan keçən namizədlərin 1018 nəfəri kişi, 832 nəfəri isə qadın olub. 922 nəfər (qeydiyyatdan keçənlərin 90.5%-i) kişi namizəd, 775 nəfər (qeydiyyatdan keçənlərin 93.1%-i) qadın namizəd 20-34 yaş aralığındadır. 45-64 yaş aralığı üzrə 25 nəfər (19 kişi, 6 qadın) qeydiyyatdan keçib, lakin imtahanda uğur qazanmayıb. Ümumiyyətlə, imtahanda iştirak edən 40 yaşdan yuxarı namizədlərdən yalnız 1 nəfər imtahandan uğurla keçib.

Ümumilikdə imtahanda müvəffəqiyyət əldə edən 412 nəfər (uğur əldə edənlərin 91.1%-i, 198 kişi və 214 qadın) 20 29 yaş aralığında olan namizədlərdir. 30-39 yaş aralığında isə 39 nəfər (23 kişi və 16 qadın) uğur qazanıb. İmtahanda uğur qazanan namizədlərdən 444 nəfər (98.2%) yaşı 34-ə qədər olan şəxslərdir.

Beləliklə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1850 namizəddən 452 nəfəri (24.4%) müvəffəqiyyət əldə edib. Nəticələrdən görünür ki, qadınların müvəffəqiyyət göstəriciləri kişilərdən daha yüksək olub. Belə ki, qeydiyyatdan keçmiş 1018 kişidən 221 nəfər (21.7%), 832 qadından isə 231 nəfər (27.8%) uğur əldə edib.
Oxşar xəbərlər
«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930