dini radikalizm və ekstremizmlə mübarizə

AQTA: Oktyabrda 8 nəfər qidadan zəhərlənib

AQTA: Oktyabrda 8 nəfər qidadan zəhərlənib

2019-cu ilin oktyabr ayı ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 2030 müraciət daxil olub.

Agentlikdən APA-ya verilən xəbərə görə, daxil olan müraciətlərdən 374-ü sertifikatlaşdırma və qeydiyyat, 476-ı idxal-ixrac əməliyyatları, 180-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı Agentliyə 25 müraciət daxil olsa da, onlardan yalnız 8-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Oxunub: 529
Oxşar xəbərlər
SON XƏBƏRLƏR