dini radikalizm və ekstremizmlə mübarizə

Nazir: “Azərbaycan əhalisinin yarısından çoxunun yaşı 30-dan aşağıdır”

Nazir: “Azərbaycan əhalisinin yarısından çoxunun yaşı 30-dan aşağıdır”

“Bu gün beynəlxalq gənclər hərəkatının önəmli və tarixi günlərindən biridir. İlk dəfə olaraq Qoşulmama Hərəkatının gənclər sammiti keçirilir. Bu, Azərbaycanın təşəbbüsüdür. İnanıram ki, bundan sonra gənclər hər Zirvə Görüşü öncəsi toplaşacaqlar”.

APA-nın xəbərinə görə, bunu Qoşulmama Hərəkatının gənclər sammitində çıxışı zamanı Gənclər və İdman naziri Azad Rəhimov deyib.

Onun sözlərinə görə, Azərbaycan əhalisinin yarısından çoxunun yaşı 30-dan aşağıdır: "Ölkədə bu qədər çox gəncin olması böyük imkanlar yaradır. Həm də hökumətin üzərinə böyük məsuliyyət və vəzifələr qoyur. Bu günə qədər gənclər siyasəti sahəsində bir sıra qanun, strategiya, dövlət proqramı və digər normativ-hüquqi sənədlər qəbul edilib. Bu sənədlərin hazırlanması və icrası gənclərlə bir yerdə həyata keçirilib".

Azərbaycanda 300-dən artıq gənclər təşkilatının fəaliyyət göstərdiyini xatırladan A. Rəhimov qeyd edib ki, Qoşulmama Hərəkatının gənclər sammitində xüsusilə sülh, təhlükəsizlik, davamlı inkişaf və insan haqlarının qorunması mövzuları ətrafında müzakirələr aparılacaq.

Oxunub: 450
Oxşar xəbərlər
SON XƏBƏRLƏR