» » 3 region üzrə 16 kənd və 1600-dən çox gənci əhatə edən Gənclər Fondunun “Səyyar Gənclər Xidməti” layihəsinin bu gün Biləsuvar rayonunda son təqdimat mərasimi keçirilib.

3 region üzrə 16 kənd və 1600-dən çox gənci əhatə edən Gənclər Fondunun “Səyyar Gənclər Xidməti” layihəsinin bu gün Biləsuvar rayonunda son təqdimat mərasimi keçirilib.


Azərbaycan Gənclər Fondunun təşəbbüsü ilə “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində keçirilən təlimlərdə, 25-29 sentyabr tarixlərində Qazax, 30 sentyabr- 3 oktyabr tarixlərində Şəmkir və 4-8 oktyabr tarixlərində Biləsuvar Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin ümumilikdə 16 kənd, 1600 nəfərdən artıq gənci əhatə edib. Xidmət 3 regionun hər birində 5 gün olmaqla ümumilikdə 15 gün davam edib. Layihənin son dayanacağı Biləsuvarın Aşağı Cürəli kəndi olub.
Biləsuvar Gənclərin Karyera və İnkişaf Mərkəzinin direktoru Səbinə Hüseynzadənin sözlərinə görə,
Layihənin əsas məqsədi kəndlərdə yaşayan gənclərin sosial aktivliyinin artırılması, kənd gənclərinin asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı onlar üçün səyyar formada müxtəlif xidmətlərin göstərilməsi, ixtisas və peşə seçimi ilə bağlı yönləndirilməsidir. Layihə çərçivəsində gənclər- gənc həkim, gənc psixoloq, gənc müəllim, təlimçi, eləcə də, onların peşə məktəblərinə istiqamətləndirilməsi,ixtisas seçimi və karyera inkişafı təlimi,könüllülük ilə bağlı təlimlərə cəlb olunublar. Təlimlərdə müxtəlif növ əyləncəli oyunlar- stol üstü tennis, intellektual oyunlar, drafts və müxtəlif interaktiv oyunlar keçirilib. Biləsuvar Gənclərin Karyera və İnkişaf Mərkəzinin Biləsuvar rayon nümayəndəliyinin rəhbəri Səbinə Hüseynzadənin sözlərinə görə, Biləsuvarda layihənin həyata keçirdiyi 5 günlük təlimlərdə ümumilikdə rayonun 5 ucqar kəndində 500-dən çox gənc qatılıb. Sonda fəal gənclər Gənclər Fondunun “Səyyar Gənclər Xidməti”layihəsinin sertifikatları ilə təltif olunublar.

Samir Qurbanov







Oxşar xəbərlər
«    Ekim 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031