» » Azərbaycan Beynəlxalq Bankı təmassız ödəniş xidmətini istifadəyə verib

Azərbaycan Beynəlxalq Bankı təmassız ödəniş xidmətini istifadəyə verib

Azərbaycan Beynəlxalq Bankı təmassız ödəniş xidmətini istifadəyə verib

Azərbaycan Beynəlxalq Bankı (ABB) VISA International beynəlxalq kart təşkilatı ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda ilk dəfə olaraq NFC (Near Field Communication) texnologiyası üzərindən təmassız ödəniş üsulunun tətbiqinə başlayıb.

ABB-dən “APA-Economics”ə verilən məlumata əsasən, bu yenilik sentyabrın 10-da Bakıda ictimaiyyətə təqdim olunub.

Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Mərkəzi Bankının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Banklar Assosiasiyasının rəhbər şəxslərinin, həmçinin VISA-nın Qafqaz regionu üzrə direktoru Kristina Doroşun və şirkətin Ukrayna, MDB ölkələri, Cənub-Şərqi Avropa ölkələri üzrə rəqəmsal tətbiqlər direktoru Oleksandr Stelmaxın da iştirak etdiyi toplantıda NFC texnologiyasının mahiyyəti, iş prinsipləri barədə məlumat verilib.

Yeni ödəniş üsulu müştərilərə plastik karta ehtiyac olmadan POS terminallarda öz mobil telefonları vasitəsilə təmassız ödəniş imkanı yaradır. Ödənişi həyata keçirməkdən ötrü sadəcə telefonda müvafiq funksiyanı aktivləşdirmək və telefonu POS terminala yaxınlaşdırmaq kifayətdir. Bundan ötrü mobil telefon android platformasında çalışmalı və NFC texnologiyasını dəstəkləməlidir.

Mobil telefonla təmassız ödənişlər zamanı beynəlxalq kart təşkilatlarının təhlükəsizlik tələblərinə tam riayət olunur. Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib ki, Azərbaycan Beynəlxalq Bankının NFC texnologiyasının tətbiqinə başlaması, müştərilər tərəfindən böyük məmnunluqla qarşılanacaq: "Nağdsız ödəniş infrastrukturunun inkişafına töhfə verən innovativ həllərin tətbiqini bundan sonra da davam etdirəcəyik”.
Oxşar xəbərlər
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30