dini radikalizm və ekstremizmlə mübarizə

Ətraf mühitin iqtisadiyyatı


Bu günlərdə coğrafiya elmləri doktoru, professor Kooperasiya Universitetinin ekologiya və coğrafiya kafedrasının müdiri , Ali Atestasiya Komissiyasının ekspert şurasının üzvü, Həkəri qəzeti redaksiyasının fəxri heyətinin üzvu Zahid Səttar oğlu Məmmədovun " Ətraf mühitin iqtisadiyyatı " adlı dərsliyi işıq üzü görmüşdür.
Kitabın elmi redaktoru akademik Ziyad Səmədzadədir .
Dərs vəsaitində " Ətraf mühitin iqtisadiyyatı" elminin metodoloji əsasları, davamlı inkişaf istiqamətlərinin müasir tələblər baxımından təhlilləri aparılmışdır.
Dərslik proqram üzrə yerinə yetirilmişdir.
Dərs vəsaiti iqtisadi yönümlü ali məktəblərin bakalavr pilləsi üçün nəzərdə tutulmuşdur. Həmçinin kitabdan magistrlər, doktorantlar, müəllimlər və və pespublikanın iqtisadi sahələrində çalışan mütəxəssislər faydalana bilərlər.
Kitab " Ekoprint " nəsriyyatında nəfis tərtibatda çap olunmusdur .
Kitab bir vaxtlar muəllifə dərs demiş dünya şohrətli , xalqımızın böyük fədakar alimi, mudrik ziyalı, akademik Həsən Əliyevin əziz xatirəsinə ithaf olunmuşdur..
328 səhifəlik kitab ilk dəfə dərslik olaraq çap olunmuşdur.
Kitabda verilmiş əlavələrdə Azərbaycanın qoruqları, Yasaqlıqlar, Milli parklar, dünyanın ən hündur və dərin mağaraları, dünyanın ən hündur dağ sistemləri və ən hündur zirvələri, dünyanın mühüm vulkanları ,dünya okeanlarının dənizləri, səhraları,çayları, gölləri , şəlalələri, adaları,eyni zamanda Azərbaycanın təbiəti haqqında geniş və ətraflı məlumat verilmişdir.
Kitabın naşiri Ceyhun Əliyev, bədii redaktoru isə Rauf İlyasoğludur.
19 fəsildən ibarət olan bu kitab ətraf muhitin iqtisadi problemlərinə işıq sacır .
Gərgin axtarışlar və elmi araşdırmalar sayəsində ərsəyə gəlmiş kitabın müəllifi professor Zahid Məmmədova yeni - yeni nailiyyətlər və can sağlığı arzulayırıq .

Rauf İlyasoğlu

Oxunub: 992
Oxşar xəbərlər
SON XƏBƏRLƏR