dini radikalizm və ekstremizmlə mübarizə

“Bakcell” yeni "099" operator kodunu alacaq

“Bakcell” yeni "099" operator kodunu alacaq

Azərbaycanın mobil rabitə operatoru “Bakcell” yeni operator kodunu (prefiksi) alacaq.

Bu barədə "APA-Economics"ə şirkətdən bildirilib.

Məlumata görə, yeni prefiks "099" olacaq.

“Yeni prefiksin alınması ilə bağlı artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət olunub”, - şirkətdən qeyd ediblər.

Beləliklə, bundan sonra şirkət iki operator koduna ("055" və "099") malik olacaq.

Qeyd edək ki, hazırda ölkənin digər mobil rabitə operatoru olan "Azercell"in də yeni - 010 prefiksi istifadəyə verəcəyi gözlənilir.

Oxunub: 568
Oxşar xəbərlər
SON XƏBƏRLƏR